Rafael Cəbrayılov İSTEFA VERDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır.

Uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən “AG Bank”dan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir.

Redaktor.az-a daxil olan məlumata görə, R.Cəbrayılovun “AG Ban”kdan külli miqdarda kredit götürməsinin onun qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləməsi, həmçinin deputat vəsiqəsini girov qoymaqla millət vəkili nüfuzunu zədələməsi səbəbindən istefa verməsi barədə ərizəsi artıq təqdim edilib. İstefa ərizəsinin MM-in iclası başlayan kimi elan olunacağı gözlənilir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüenyli bidirib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Related Articles

+994 50 295 94 79
top