“Broker” Əbülfəz palma yağını gətirir DGK-si sərhəddən buraxır, AQTA isə onun bazara girməsinə göz yumur – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Palma yağları ilə millətə qənim kəsilənlər
Kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur. Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?
Teref.az yazır ki, statistik cədvəl göstərir ki, yağ Azərbaycan xalqının ən çox yediyi 10 məhsuldan biridir. Məsələn, minimum istehlak səbətinə əmək qabiliyyətli əhali üçün il ərzində adambaşına 7 kq kərə yağı daxildir. Pensiyaçılar üçün bu rəqəm 5,8 kq, uşaqlar üçün (0-15 yaş) 6 kq nəzərdə tutulub. Ümumilikdə Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 35 min ton dəyərləndirilib. Bunun da üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir.
Teref.az yazır ki, palma yağları ilə millətə qənim kəsilənləri sıralamaq olar. Başlıqda yazdığımız kimi “Broker” Əbülfəz palma yağını gətirir DGK-si sərhəddən buraxır, AQTA isə onun bazara girməsinə göz yumur! Araşdırmaçılar yağ bazarını araşdıraraq bu qərara gəliblər.
Adları çəkil\ən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


Related Articles

+994 50 295 94 79
top