Azərbaycanda rekorda imza atan Üzeyir Mehdizadə mətbuata QAPANIB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Gənc müğənni Üzeyir Mehdizadənin “Yaxşı olar” mahnısına çəkilmiş klip ötən il “YouTube” kanalına yüklənib və bu günə kimi klipə 100 milyon 300 min baxış olub. Bu rəqəm Azərbaycanda demək olar ki, rekord həddir.
Üzeyir Mehdizadə mahnılarına, ifalarına görə dəfələrlə tənqid atəşinə tutulub, peşəkar musiqiçilər onu zövqləri korlamaqda ittiham edib, social şəbəkələrdə bir çoxları onu dinləmədiyini və hətta tanmadığını dilə gətirir.

Azərbaycanda Üzeyir Mehdizadəyə birmənalı yanaşma olmasa da, bəzi qonşu ölkələrdə onu çox sevirlər. Türkiyədə həmyerlimizin çoxsaylı fanatı var. Ötən il müğənninin Türkiyədə verdiyi konsertdən yayılan görüntülər hər kəsi şoka salmışdı. Həmin görüntülərdə müğənninin səhnəyə çıxarkən fanatları tərəfindən necə böyük coşqu ilə qarşılandığı, izdiham yaşandığı əks olunmuşdu.
Türkiyədən əvvəl Üzeyir Mehdizadə Rusiyada, Özbəkistanda da məşhurluq qazana bilib. Yerli mətbuatda yayılan məlumata görə, müğənninin “O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş. Həmçinin, müğənni Özbəkistana tez-tez dəvət alır. Demək olar ki, o, Özbəkistanda toy aparan yeganə azərbaycanlı müğənnidir. Eləcə də Türkmənistanın sənətçiləri onun mahnıların müraciət edir, klip çəkdirirlər.

Bəs vətəndə çoxları tərəfindən qınaq atəşinə tutulan Üzeyir Mehdizadə Azərbaycanda ilk olaraq “100 milyonluq baxış sayı” rekorduna necə nail olub?

Müğənninin prodüsseri Modern.az-a deyib ki, 100 milyonluq baxış təkcə Azərbaycandan olmayıb, xarici ölkələrdən də izləyicilər bu saya daxildir.
“Həmin mahnı “Youtube”a yüklənəndə ilk vaxtlar 60-70 min baxış sayı qazanmışdı. Mahnıya klip çəkiləndən sonra artıq izlənmə sayı 100 milyonu keçdi”.

Modern.az-ın əməkdaşı Üzeyir Mehdizadənin özü ilə də əlaqə saxlamağa çalışıb.

Ancaq prodüseri bildirib ki, Üzeyir Mehdizadə Məhərrəmlik ayında heç bir televiziya kanalına və mətbuata çıxmır.

Related Articles

+994 50 295 94 79
top