Beş yüz kiloqram pambıq yığan xanıma avtomobil hədiyyə olunub

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Doxsan iki yaşlı qadın pambıq yığımında aktiv iştirak etdiyinə görə, Daşkənd vilayət hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb

Özbəkistanda pambıq yığımı zamanı əl əməyinə daha çox qiymət verilir.

AZƏRTAC xəbər verir ki, ölkənin Baş nazirinin müavini Elmira Basitxanova və bu sahənin digər yüksək səviyyəli məmurları Daşkənd vilayətinin Akkurqan rayonunda pambıq yığımı tarlasına gediblər. E.Basitxanova tarlada işləyən qadınlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, simvolik hədiyyələr təqdim edib.

Bir çox hallarda yaşlı qadınlar və kişilər də öz istəkləri ilə bu kampaniyaya qoşulurlar.

Məsələn, 92 yaşlı qadın pambıq yığımında aktiv iştirak etdiyinə görə, Daşkənd vilayət hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əndican vilayət hakimiyyəti isə sutkada 500 kiloqram pambıq yığdığı üçün bir qadına avtomobil hədiyyə edib.

Related Articles

+994 50 295 94 79
top