Xəstəxanaya yerləşdirilən Ofeliya Sənanidən XƏBƏR VAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq.

Respublika Müalicə Diaqnostika Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan O.Sənani üzərində invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib:

“Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır”.

Related Articles

+994 50 295 94 79
top