Maşından əlini çəkən iştirakçı çıxarılmadı – Rəksanə od püskürdü – Video

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Maşın” realiti-şousu ilə bağlı daha bir qalmaqal yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, aktrisa Kəmalə Piriyeva maşından əlini çəksə də, oyundan uzaqlaşdırılmayıb.

Bunu görən bəzi şou-biznes nümayəndələri onun oyundan uzaqlaşdırılmasını tələb edib. Xüsusilə də, bu hadisə bir neçə gün əvvəl qızı (Aysun) “Maşın”dan gedən müğənni Rəksanənin böyük narazılığın səbəb olub.

Xanım ifaçı görüntüləri “İnstagram” səhifəsində paylaşıb. O, oyunun qaydalarına riayət edilməməsindən gileylənib:

“Mənim üçün çox maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Nəyə görə oyunun qaydalarına riayət edilmir? Niyə??? Başa düşürük, bu bir oyundur, amma bu oyuna hamımız baxırıq, iştirak etmişik. Əlini çəkən insan uzaqlaşdırılmalıdır. Necə ki, bu günə kimi kim əlini çəkib onu oyundan kənarlaşdırmısınız. Yəqin ki, sabah (bu gün) İnşallah, bu diqqətinizdə olar, əziz “M Group Production”.

Həmin görüntüləri təqdim edirik:


Related Articles

+994 50 295 94 79
top