FHN GENERALINA AĞIR İTKİ : ÖZƏL TƏYYARƏ İLƏ TÜRKİYƏYƏ GETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədova ağır itki üz verib. Məlumata görə, generalın bacısı oğlu Türkiyədə qaraciyərin bir hissəsinin transplantasiyası zamanı həyatını itirib.

Əldə etdiyimiz məlumatda deyilir ki, generalın 37 yaşlı bacısı oğlu uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkirmiş. Öz anasının qaraciyərinin bir hissəsinin köçürülməsi zamanı əməliyyat masasında həyatını itirib.

Hazırda generalın bacısının da komada olduğu deyilir.

FHN generalı ötən gün axşam saatlarında özəl təyyarə ilə Türkiyəyə gedib. Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top