QARADAĞ RAYONUNDA MÜDAFİƏ NAZİRLİYİNƏ MƏXSUS TİKİLİNİ KİMLƏR SÖKÜR? – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qaradağ rayonunun Şonqar qəsəbəsi ərazisində Müdafiə nazirliyinə məxsus ərazidəki tikilinin panellərinin sökülüb daşınır.

Bu barədə məlumata bir müddət öncə bir qrup məcburi köçkünün dövlət başçısına etdiyi video müraciətdə rast gəlinir.

Qlobal.az xəbər verir ki, həmin videoda ərazidə çoxsaylı yük maşınlarının və qaldırıcı kranın olduğu vəərazidən qaçmağa çalışan digər xidməti avtomobil aydın görünür.

Ərazidən panelləri söküb daşıyan şəxslər də jurnalist kamerasın görüb qaçmağa çalışırlar.

Həmin kadrlarda iddia olunur ki, tikinti materiallarının sökülüb daşınması Qaradağ rayon İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.

Qlobal.az məsələ ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətnin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyev bildirib ki, adıçəkilən ərazidə söküntü işlərinin aparılmasının və materialların daşınmasının Qaradağ rayon İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur.

Məsələyə Müdafiə nazirliyindən mövqe öyrənə bilmədik.

Related Articles

+994 50 295 94 79
top