Azay Quliyev seçicilərini qəbul edib – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında seçicilərini qəbul edib.

Deputat seçicilərin sosial, təhsil, məşğulluq, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.
Seçicilərin qaldırdığı məsələlərin bəziləri yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, bugünkü qəbulda seçicilərin müraciətlərinin daha operativ və effektiv həlli məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra başçısının müavinləri, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

Related Articles

+994 50 295 94 79
top