Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi – Video

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib.

BiG.AZ xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:

“Hər səhər “Space” TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadırı bura niyə qoyublar? Yol Patrul Xidməti əməkdaşları buna niyə göz yumub? Nəyə görə hər səhər mən və mənim kimi sərnişinlər gecikmək məcburiyyətində qalır. Müvafiq strukturlar günün 24 saatı insanlara süni əngəl yaratmaqlarına aydınlıq gətirsinlər. Aydınlqı gətirmirlərsə, heç olmasa bu çadırı buradan götürsünlər. Səhər tezdən insanların əsəbləri ilə oynamaq lazım deyil. Onsuz da hamı tıxacdadır”.

Related Articles

+994 50 295 94 79
top