RƏFAEL CƏBRAYILOVUN TİKDİYİ İKİ BİNA SÖKÜLƏCƏK

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdıramsı ilə yenidən gündəmə gəlib.
O, paylaşdığı statusda yazır:
Sumqayıt şəhər məhləməsinin qərarına əsasən keçmiş deputat Rəfael Cəbrayılova və qardaşına məxsus “Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək. Məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.
Sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakif Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.
Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

Related Articles

+994 50 295 94 79
top