“Şou əhlinin içində elələri çoxdur, onlara xoruz deyirəm” – Aqşin Fatehdən QALMAQALLI açıqlama – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

12 illik fasilədən sonra səhnəyə qayıdan meyxanaçı Aqşin Fateh növbəti qalmaqallı açıqlamasını verib.

Sənətə qayıdar-qayıtmaq qalmaqallarla üz-üzə qalan meyxanaçı Xəzər TV-nin “5-də 5” proqramında onu tənqid edənlərə, barəsində mənfi açıqlamalar verənlərə cavab vermək istəmədiyini bildirib:

“Mən heç kimin sözü ilə getməmişdim ki, onların sözü ilə də qayıtmamışam. Bu mənim şəxsi qərarımdır. Məni yetərincə izləyən də var, eşidən də. Sadəcə mənim dinləyici kütləm kütləm abırlı-həyalı insanlardır. Sosial şəbəkədə onu-bunu söymürlər, ləkələmirlər. Onun-bunun dalınca danışmırlar”.

Aqşin aparıcının “Abırsızlar hansıdır” sualına belə cavab verib:
“Abırsızların siyahısını açıqlamaqla bitməz. Bu verilişin bəs etməz. Şou əhlinin içində elələri çoxdur. Onlara mən xoruz deyirəm, qışqırırlar, banlayırlar. Biri çıxıb nəyisə reklam edir, biri çıxıb dalımca danışır. Mənim səviyyəmdə olana, hətta qadın olsa belə cavab verirəm. Elə insanlar var ki, həqiqətən onlarla üz-üzə gəlmək nədir, bir kəlmə sözlə cavab qaytarmağım mənim özümçün ziddir. Nə qədər hürürlər, hürsünlər”. (baku.ws)

Related Articles

+994 50 295 94 79
top