Tramp yenidən seçilsə, NATO dağılacaq – Co Bayden

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ lideri Donald Tramp yenidən prezident seçilsə, NATO ittifaqı dağılacaq.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden “Demokrat partiyası”nın müzakirələri zamanı bildirib.

Həmin tədbirin görüntüləri CNN telekanalının Facebook səhifəsində yerləşdirilib.

Baydenın sözlərinə əsasən, Tramp dəfələrlə Şimal-Atlantik ittifaqını tənqid edib. Bundan başqa, o, Rusiya prezidenti Vladimir Putin haqqında müsbət fikirlər bildirib.

“[Tramp yenidən seçilsə,] bizim ciddi problemlərimiz olacaq”, — deyə siyasətçi vurğulayıb.

O, həmçinin Trampı xarici siyasətdən başı çıxmayan “ekssentrik, dəli prezident” adlandırıb.

Related Articles

+994 50 295 94 79
top