“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda marketlərdə satılan qidalarla bağlı daha bir biabırçı mənzərə qeydə alınıb.

“Ölkə.Az”a istinadən xəbər veririk ki, Ramana qəsəbəsində fəaliyyət göstərən “Araz” supermarketində satılan xurmanın içində həşərat çıxıb.

Tunis növünə aid xurmanı alan müştərilərdən biri evində xurmanı yemək istəyərkən xoşagəlməz mənzərə ilə üzləşib. Saytımıza müraciət edən oxucumuz marketlərdə satılan qidalara nəzarətin olmamasından şikayətlənib.

Qeyd edək ki, qidaların içindən müxtəlif həşəratların çıxması halı dəfələrlə qeydə alınsa da, hələ də bu sahəyə nəzarət təmin edilməyib.

Related Articles

+994 50 295 94 79
top