Donald Tramp: “PKK İŞİD-dən daha təhlükəlidir”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Fəratın şərqindəki “Barış bulağı” hərəkatı ilə bağlı yeni açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mediasının verdiyi məlumata görə, prezidenti Donald Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ rəsmi Ankaranın Suriyadakı son fəaliyyətləri ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq etməyi, bölgədə savaşmaqdan daha üstün hesab edir.

PKK/YPG-nin İŞİD-lə mübarizəsində ABŞ-dan dəstək aldığı zamanlarda bölgədə daha yaxşı döyüşdüklərini vurğulayan Tramp deyib ki, hazırda PKK İŞİD-dən daha təhlükəlidir: “Kürdlər vuruşmağı yaxşı bilir, amma onlar da mələk deyil, bizimlə əməkdaşlıq etdikləri zaman onlara çox pul xərclədik”.

Related Articles

+994 50 295 94 79
top