Yardımlı İcra başçısı müavininin DƏBDƏBƏLİ HƏYATI – saxta MMC-lər, milyonluq şirkətlər, malikanələr, bahalı maşnlar…VƏ NƏLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mahir Mirzəyevin tenderləri “udmaq” üçün 42 şirkəti, onlarla binası, yüzlərlə hektar torpaq sahələri, fermaları, texnikaları və Bakıda xeyli sayda mülkləri var.

BİA.az xəbər verir ki, Yardımlıda icra başçısı müavini sözün həqiqi mənasında “imperiya” qurub. Bu qurulmuş “piramida”nın illərdir Yardımlını məhv etdiyini, onu geri saldığını, rüşvətin və korrupsiyanın tüğyan etməsinə rəvac verdiyini bilməyən yoxdur.

Apardığımız araşdırma zamanı rayonda həyata keçirilən və keçirilmiş tenderlərin hamısı bəlli şirkətlər tərəfindən reallaşdırlıb ki, onların da hamısı Mirzəyevlə bağlıdır. Mahir Mirzəyevin bəlli olan 42 şirkəti var. Onların hamısı tenderlərdə iştirak üçün nəzərdə tutulublar. Həmin siyahını ixtisala sizlərə təqdim edirik:

1. Bəhruz MMC

2. Deman MMC

3. Savalan 2008 MMC

4. Səbuhi MMC

5. Göy göl MMC

6. Naxis MMC

7. Veteran MMC

8. Caspian Fruit Co MMC

9. Amid MMC 10. Habil MMC

11. Rəşad MMC

12. Qadir 1960 MMC

13. Reyhan MMC və s.

14.Kainat 79 MMC

15. Qafqaztikintiquraşdırma MMC

16. Sanofen MMC

17. Trendservis MMC

18. RMT inşaat MMC

19. Terminal -A MMC

20. Azadlıq LTD

21. Constella MMC

22. Sistem X MMC

23.Retro inşaat MMC

24.Aktiv 2019 MMC

25.Ag Asto MMC

26.Papyalak MMC

27.Kaştasfiyer MMC

28.Ceburacka MMC

29.Lavars X4 MMC

30.Kayseri MMC

31.Uruqvay MMC

32.Nemansot 42 MMC

Bundan başqa Mahir Mirzəyevin Bakıda da geniş imkanları var. Məsələn, Bakıda 28 May metrosunun yaxınlığında mənzillər isə ilkin kapital qoyulmuş sahələrdir. Çünki Patamdarda böyük həyət evi, Mərdəkanda həddindən artıq bahalı olan bağ evi Mirzeyevi saxta MMC-lərdən qazandığı pulların hesabına ərsəyə gəlib.

Mirzəyevin sahib olduqları bununla bitmir. Mənbənin iddiasına görə, Yardımlı rayonunun mərkəzindəki Universamın binası, rayonun çıxışındakı Yanacaq Doldurma Məntəqəsi, köhnə Maliyyə İdarəsinin binası, Yardımlı Musiqi Məktəbinin binası, Meşə Təsrrüfatı İdarəsinin binasını Mirzəyev özəlləşdirərək sahibkara çevrilib. Hazırda dövlət qurumu yəni Meşə Təsrrüfatı İdarəsi o binada hörmətli müavinə icarə haqqı ödəyir.

İcra başçısının son illərdə oliqarxa çevirilməsi onun 100-150 min manatlıq avtomobillərə də sahib olması və dəbdəbəli həyat tərzi keçirməsi Yardımlıda hər kəsə ayandır.

ARD VAR

Qarşı tərəfidə dinləməyə hazırq

Bia.az

Related Articles

+994 50 295 94 79
top