BUZOVNA 26 NÖMRƏLİ MƏKTƏBİNDƏ RÜŞVƏT TUĞYANI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Təhsilin inkişafına maneə olan ən ciddi problem rüşvətin geniş yayılmasıdır.

Ölkədə başqa sferalarda olduğu kimi, təhsil sistemində də çox ciddi korrupsiya var və bu bəlaya qarşı yetərincə mübarizə aparılmır. Hökumət istəsə, təhsil sistemində korrupsiyanın qabağı çox asanlıqla ala bilər. Heç inkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüşvət varmı? Müxtəlif sferalarda var. Bəs təhsildə korrupsiya varmı? Nə İranın, nə də Türkiyənin nə orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsili korrupsiyadan tam azad etmək olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kim rüşvət alsa, onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddidir ki, belə hallara heç kim yol verə bilməz. Biz isə rüşvətə qarşı mübarizəni sözdə deyilir, amma işdə ona əməl edilmir. Təhsil sahəsində olan korrupsiya təhsil sisteminə çox öldürücü təsir edir. Xeberal.az bildirir ki, yeni təhsil ili təzə başlayıb. Ancaq şikayətlər kifayət qədərdir. Ən çox şikayət gələn məktəblərdən biri də Xəzər rayonu, Buzovna qəsəbəsindəki 26 saylı məktəbdəndir. Valideynlər pul yığımından bezib. Bu valideynlərdən biri də Aylin Hüseynovadır. Onun social şəbəkədəki “Təhsil Forumu” qrupunda paylaşdığı status təqdim edirik. Məktəb rəhbərliyini dinləyə bilərik.

xəbəral.az

#BUZOVNA 26 NÖMRƏLİ MƏKTƏBİNDƏ RÜŞVƏT TUĞYANI

Related Articles

+994 50 295 94 79
top