“Kim kimin yanındadırsa, onun “vedrəsi” əskik olmur”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ekranda Samirə ilə sənin şəkillərini göstərəndə birtəhər oldun. Niyə?

Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda qonağı olan aşıq Əliylə bağlı süjet efirə getdikdən sonra müraciət edib.

Aşıq Əli Zaurun sualından “Yox, niyə?!” ifadəsi ilə yayınmağa çalışsa da alınmayıb. Aparıcının növbəti sualı daha konkret olub:

“Əli, bir söz səndən soruşacam. Amma düzgün cavab ver: Aşıq Samirə ilə aranızda nəsə bir isti münasibət olub? Düzünü de amma”.

Aşıq Əli keçmiş duet ortağı ilə bağlı Zaurun təəccübləndirən sualına “Yox, o, mənim dostumdur, ailə dostumdur, heç vaxt. Onun ailəsi var, uşağı var. Mənim də ailəm var. Dədə-babadan bu belədir də. Kim kimin yanındadırsa, onun “vedrəsi” əskik olmur. Belə fikirlər gəzir. Ona əhəmiyyət versən, onda gərək sənəti qoyasan bir kənara” cavabını verib.

milli.az

Related Articles

+994 50 295 94 79
top