Mir Şahin Gültəkin Hacıbəylinin xarici diplomatlarla şok səs yazısını yaydı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu həftə Azəbaycanın Dövlət müstəqilliyi ilə heç cür barışa bilməyənlərin eybəcər bir performansı ilə də yadda qaldı. Bayaq, söhbətimizin əvvəlində dedik ki, bu həftə iki Azərbaycanı görmək imkanımız oldu. Bunlardan biri haqqında danışdıq. Beynəlxalq etibarın təntənəsinin sübutu olan bir para mətləblərə, fraqmentlərə toxunduq. İndi isə ikinci Azərbaycandan danışaq. O Azərbaycan ki, bir saat ərzində havası burnumuza dəydi. Özbaşınalıqların, hərc-mərcliyin, dərəbəyliyin Azərbaycanının geriyə anonsunun şahidi olduq. Milli Şura adlanan, amma adına tam əks fəaliyyət göstərən və onunla birlikdə Xalq Cəbhəsi partiyası adlanan qurumun birgə fəaliyyəti nəticəsində Bakının Mərkəzində bir 90-cı il təqvimi asıldı. Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi geniş və əlverişli meydanda mitinq keçirmək istəməyən, israrla şəhərin mərkəzinə can atan, sonda hətta hökumətin hələ qabaqda iki-üç gün vaxtı var deyə onunla ultimatum dilində danışan qaragüruh əks təqdirdə metronun 28 May stansiyasının çıxışı olan əraziyə gedəcəyini, icazəsiz aksiya keçirəcəyini bəyan etmişdi. Hakimiyyət orqanları isə dəfələrlə bildirmişdilər ki, icazə verilməyən ərazilərdə mitinq keçirilməsinə yol verilməyəcək. Asayişin qorunmasına məsul olan qurumların qanunsuz əməllərə qarşı qanuni tədbirlər görəcəyini isə elə təkcə REAL TV öz efirindən 30-40 dəfə çatdırmışdı. Mitinqin sanksiyasız keçirilməsi zamanı baş verənlərə görə məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyi bəyan edilmişdi. Bütün qadağan tədbirlərinə, polis kardionlarına baxmayaraq qaragüruh öz niyyətinin ardınca getdi və təbii ki qanunun sərt üzünə rast gəldi. Biz bu barədə ətraflı danışmışıq, dünən hadisələrə xüsusi buraxılış belə həsr etmişik. Bu axşam isə siz daha ciddi məsələlərdən hali olacaqsınız. Bir sıra ciddi suallar var ki, onların cavabları sizin qarşınıza aysberqin görünməyən üzünü bütün nəhəngliyi ilə çıxaracaq. Beləliklə. Niyə Milli Şura və Əli Kərimli belə israrla qarşıdurmaya gedirdilər. Axı biz bu adamları yaxşı tanıyırıq. Xüsusilə mən Əli Kərimlinin xaraktercə nə qədər qorxaq və mahiyyətcə necə yazıq, mağmın olduğunu əla bilirəm. Sensasiya istəmirsiz? Bu insanların özlərini demokratiya fədaisi, azadlıq mücahidləri kimi təqdim etmələri yalnız riya, yalnız yalan, yalnız şirmadır. Əslində isə onlar Azərbaycanın gələcək müstəqilliyini alver predmetinə çeviriblər. Daha doğrusu, mətləb belədir: siz bizə hakimiyyəti verin, biz isə sizə Azərbaycanı. Müstəqilliyimizi, suverenliyimizi, toxunulmazlığımızı. Beləliklə, sensasiyaya hazır olun. İcazəsiz aksiya cəhdindən sonra Milli Şuranın üzvü, Gültəkin Hacıbəyli dərhal zəng vurur. Sizcə kimə. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Uilyam Solliyə.
G. Salam, Bill!
B. Bəli, Sizi eşidirəm.
G. Mən Sizə yaza bilmirdim, çünki bu ətrafda bütün internet kəsilib. Əli Kərimli evini tərk edib 100 metr irəliləyən kimi saxlanılıb.
B. Biz onun saxlandığını bilirik.
G. Həmçinin onlar Milli Şuranın üzvlərindən Tofiq Yaqublu və Vahid Məhərrəmlini də saxlayıblar.
B. Mən özüm də şəhərdəyəm. Burda qarışıqlıqdır. Məlumatı yenilədiyiniz üşçün çox sağ olun Bilirəm ki, işiniz çoxdur. Amma internet açılanda mənə mitinq zamanı saxlanılan insanlar, onların sayı, kimliyi və harada olması barədə məlumat versəniz şad olaram.
G. Son hadisələr barıədə informasiya əldə etməyə cəhd edəcəm və Sizi məlumatlandıracam.
B. Təşəkkür edirəm.
G. Sağ olun.
Əvvəla, bu danışıqdan aydın olur ki, Gültəkin Hacıbəyli açıq telefonla Billi yığmağa sadəcə məcbur olub. Ona görə ki internet bağlıdır. Deməli, buna qədər olan bütün təmaslar gizli, telefon əlaqələri isə konspirativ olub.
İkincisi, Gütəkin hətta bu dar macalda belə yalan danışır. Çünki Əli Kərimlinin saxlanması hamının gözü qabağında baş verib. Sosial şəbəkədə bütün kadrlar var. Amma Güktəkin buradan bura öz ağasını, misterini, cənabını aldadır. Əli Kərimli evindən 100 metr kənarlaşan kimi saxlanılıb deyir.
Üçüncüsü. Bill və ya Uilyam Solli hesabatı qəbul edir və Gültəkindən daha geniş məlumatlar göndərdiyini gizlətmir və Gültəkin növbəti hesabatı verəcəyi barədə məruzə edir.
Daha bir telefon danışığı barədə məlumat verirəm. Deməli, Gültəkin Billə onda olan bütün məlumatları çatdırandan sonra açıq şəkildə bildirir: Bəli, Vaşinqtondan bu barədə bəyanat almaq çox yaxşı olardı. Bizim üçün beynəlxalq reaksiya çox vacibdir.
Bu danışıqlarda Gültəkin Hacıbəylinin, daha doğrusu Milli Şuranın niyə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı ilə əlaqə saxlaması təəccüblü deyil. Əli Kərimlinin əsas sözçüsü Sevinc Osmanqızının da oturduğu budaq Amerikadadır. Onun xüsusi xidmət orqanlarının əməkdaşı ilə gizli izdivacı barədə özünün təsdiqi var. Elə son zamanların ən fəal radikal iqdisadçısı, daha çox siyasi iqtisada meyl edən Qubad İbadoğlu da bir qayda olaraq Amerika Buirləşmiş Ştatlarından qayıdandan sonra daha sərt platforma nümayiş etdirir. Cəmil Həsənlinin də bir ayağı Amerikadadır. Bir sözlə Azərbaycan və Amerika Birləşmiş Ştatlarının xüsusi münasibətləri, iki ölkə arasındakı əlaqələrin xüsusilə enerji təhlükəsizliyi sahəsindəki nümunəsi fonunda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin Uilyam Solinin simasında Azərbaycanda iğtişaş təşkil olunmasında iştirakı çoxlu sual doğurur. Mən buradan Azərbaycan hakimiyyətinə, onun hüquq mühafizə orqanlarına müraciət etməklə bu məsələni araşdırmağı tələb edirəm. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi birmənalı olaraq Azərbaycanın daxili işlərinə qarışıb. Təcili cavab istəniləməlidir. Təcili nota verilməlidir. Təcili! Gültəkin Hacıbəyli isə sadəcə casus fəaliyyəti göstərib. Və təkcə Uilyam və ya öz şirin dilinin təbirincə desək Billlə ünsiyyətdə yox.
Gültəkin Hacıbəylinin məxfi telefon danışıqlarının coğrafiyası genişdir. O Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidislə də əlaqə saxlayır.
G.Onu Nəsimidə saxlayırlar. Biz çox narahatıq. Ora təcili tibbi yardım çağırıblar. Ola bilər ki saxlanılanda xəsarət alıb. Ona görə ki, onu çox pis götürüblər. Zorla və kobud şəkildə. Bəli, mən sizdən xahiş edirəm. Sizə çox inanıram. Zəng vuracam. Onlar hər şeyi söndürüblər. Ona görə ki, mən BBC ilə birbaşa efirə çıxmalıydım. Belə danışmışdıq. Sizin də telefonlarınızı söndürüblər? Mənim 15 yaşlı oğlumun da telefonunu söndürüblər. Ev telefonumu da söndürüblər. Polisə ümumilikdə 500-ə yaxın adam aparıblar. Hə, 500. Sonra onları hissə-hissə buraxıblar. İndi mən məncə 100-dən çox adam qalır orda. Biz Əli Kərimlidən narahatıq.
Bu zəng üzərində bir qədər geniş dayanaq. Bu zəngə qədərki münasibətlər barədə. Denislə Gültəkini daha sıx və səmimi münasibətlər birləşdirir. Onlar tez-tez görüşür və Azərbaycanla bağlı məsələləri müzakirə edirlər. Gültəkin və Denis arasındakı mükaliməylə tanış olsanız və olacaqsınız da, bu imkanı sizə yaradacağıq, görəcəksiz ki, bu iki nəfər ən azı Xarici işlər naziri kimi danışırlar. Məsələn, Gültəkin Hacıbəyli Denisə deyir ki, hakimiyyət iqtisdadiyyatı, siyasi sistemi Avropaya inteqarsiya etdirmək istəmir. Azad seçki keçirmək istəmir. Denis deyir ki, Avropa İttifaqının Ermənistan və Gürcüstanla imzaladığı deklorativ sazişi Azərbaycanla imzalaması alınmayacaq. Gültəkin soruşur ki, Hakimiyyətə, yəni müstəqil Azərbaycan dövlətinin hakimiyyətinə onların təzyiq imkanı var? Denis cavab verir ki, yəqin biz çox yumşağıq. İndiyədək onlarla, yəni Azərbaycanla yumşağıq. Və adamlar fikirləşir ki. bundan sonra da belə yumşaq olmaqda davam etməyə dəyərmi? Elələri var ki deyir dəyməz. Biz bunu etməməliyik. Biz Azərbaycandan az resursları olan, inkişafı bundan xeyli aşağı olan ölkələrlə bunu etmişiksə, Azərbaycana niyə bunu təklif etməliyik. Gültəkin assosiasiya sazişinin hansı müddıətə imzalana biləcəyini soruşur. Deniz siyasi iradə olmasa 10 raund çəkə bilər. Gültəkinlə söhbətin azad və demokratikliyi o qədər dərinə işləyir ki, Denis bu şirin müxalifət qadınının Azərbaycan hakimiyyətinin Amerika Birləşmiş Ştatları və Avropadan çəkindiyini deməsinə cəsarətlə etiraz edir. ” Hansı Amerika? Görmürsən Amerikayla nə baş verir? Bu sadəcə dəhşətdir! Suriyayla olanlar sadəcə dəhşətdir. Mən demirəm ki, bu düzgün və yaxşıdır. Bu sadəcə olaraq Amerika kimi bir dövlətin siyasəti ola bilməz. Və bu zaman Denis lə Gültəkin ümumi fikrə gəlirlər ki, Amerikanı xərifləmiş qoca kloun idarə edir. Denis Gültəkinin sağlığına badə qaldırır. Gültəkin isə Prezident haqqında danışanda belə deyir:
“Bizim prezidentin güclü siyasi hissiyyatı var.çox güclü. O dünyada baş verən hadisələrdən bacarıqla öz xeyrinə istifadə edir. Görəndə ki hansısa hadisədən yan keçmək olar keçir. O çox çevikdir. Denis razılaşır. Gültəkin davam edir. O yəni bizim prezident, görəndə ki dünyanın başı özünə qarışıb, Amerika, Avropa da elə,
Zaman öz istədiyini edir. Amma elə ki nəyinsə baş verə biləcəyini hiss edir, hansısa təhlükə yaxınlaşır, o zaman dayanır!”.
Gültəkinlə Denis bir birilə söhbətdə bir sualın da cavabını tapırlar. Hər dəfə deyirlər Sizin Əli Kərimli. Əli Kərimlini Avropa İttifaqı dəstəkləyir. Söhbətin gedişində aydın olur ki, Denis heç bilmirmiş ki Gültəkin deputat olub. O özü üçün aydınlaşdırır. Bu onlar üçün satqınlıqdır. Gültəkin razılaşmır və deyir ki, o hakimiyyəti satmayıb, hakimiyyət onu satıb. Sonra xırdalıqlarına qədər izah edir ki, ona hansı pressinqlər tətbiq edilib və necə gedib düşüb müxalifət düşərgəsinə. Gültəkin hətta onu da deyir ki, əsəbləri pozulubmuş və buna görə həkimə də müraciət edib. Denis hesab edir ki, Gültəkin çox gərgindir, ona sakitləşmək lazımdır, Gültəkin isə etiraf edir ki, indi içdi və rahat oldu.
Gültəkin Hacıbəylinin Denislə söhbətinin bir yeri xüsusilə maraq doğurur və Billə bayaqkı söhbəti yadımıza salır. Beləliklə xanım Denislə dəqiqləşdirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasına mitinqlə neçə kömək edə bilər. Gültəkinin sözlərinə görə, Əli Kərimli onların köməyinə bel bağlayır. Denis xatırladır ki, onlar Xalq cəbhəsi Partiyasınını Lökbatanda mitinq keçirməsinə eləcə də sn piketin keçirilməsinə icazə almağa kömək ediblər. Gültəkin isə hesab edir ki, bu qismən imtinadır. Denis isə izah edir ki, bununla onlar defakto qadağanı sındıra biliblər. Bu birinci addımdır. Yeri gəlmişkən, Əli Kərimli də, Osmanqızı da Gültəkin də sn aksiyalar ərəfəsində bunların birinci addım olduğunu dəfələrlə deyiblər və belə çıxır ki, həmin söz onların deyilmiş. Gültəkin Denisə hakimiyyətə təsir və təzyiq göstərməyin əsl vaxtının çatdığını deyir.
Söhbət zamanı Real partiyası da xatırlanır və Gültəkin Hacıbəyova deyir ki. o Real-da heç bir mübarizə görmür. İlqar Məmmədov isə sadəcə iflasa uğrayıb. Doğrudur Denis İlqarı ağıllı adam hesab etdiyini deyir, amma xanımla razılaşır ki, İlqar iflasa uğrayıb. Gültəkin Avropa İttifaqı təmsilçisinə Əli Kərimlinin reytinqinin 63-67, Arif Hacılı və İlqar Məmmədovun reytinqinin isə 3 faiz olduğunu deyir. Gültəkin Denislə söhbətdə siyasi fəal dindarları da maraqlandıran məsələlərə toxunur. Denis dini qrupların Xalq Cəbhəsi partiyası daxilində təsiti ilə maraqlanır. Gültəkin Hacıbəyli isə AXCP və Milli Şurada hər şeyin nəzarət altında oduğunu deyir. Hacı Taleh? Biz onunla ona görə əməkdaşlıq etmirik ki, o və onların yolu bizim xoşumuza gəlir. Dindarlar əhalinin 15-20 faizini təşkil edir və onlar az deyil. Və nəhayət sonda Denis Gültəkin xanımdan növbəti görüşlər üçün izn istəyir və bunu məmnuniyyətlə alır.
Belə. Bu gün biz sizinlə iki Azərbaycan barədə danışdıq. Müstəqil olmayan, ala-yarımçıq, onun-bunun dirijor çubuğu altında yaşamağa hazır olanların, dövləti tikə-parça edib allah bilir kimlərin geniş açılmış cəhəngləri arasına atmağa amadə olanların Azərbaycanı barədə danışdıq və Siz gördünüz ki, Əli Kərimlinin icazəsiz aksiyası heç də icazəsiz deyilmiş və bu icazəni na xaricdən göstəriş kimi veriblərmiş. Gültəkin Hacıbəylidən isə mütləq müsahibə almaq lazımdır.
Amma bunu yəqin ki jurnalistlər etməmilidir. Ona sualları başqa yerdə, başqa səpkidə başqa üslubda vermək lazımdır.
Beləliklə, müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda icazəsiz aksiya keçirmək istəyənlərin cəhdinin əslində haralara gedib çıxdığını siz də artıq bilirsiz. Hər şey xaricin müdaxiləsi və müşayiəti ilə baş verir. Azərbaycan Dövləti öz müstəqilliyini qoruyur. Öz vətəndaşlarının təhlükəsizliyini qoruyur. Sosial şəbəkələrdə tez-tez məlumat yayılır ki, guya aksiyada iştirak etmək istərkən çoxlu adam xəsarət alıb. Aldığımız rəsmi məlumat isə bundan ibarətdir ki, oktyabrın 19-da cəmi bir nəfər xəstəxanaya müraciət edib və yardıma alandan sonra dərhal evə buraxılıb. Polisin ifrat qəddarlığı mövzusu da sosial şəbəkələrdə günün dəblərindəndir. Əslində isə polis ilk gündən peşəkar xidmət nümayiş etdirib. Həm icazəli piketdə, həm də icazəsiz aksiya zamanı şəhərdə asayişin qorunmasında. Rəsmi qurumlar mitinqin yalnız icazə verilən ərazidə keçirilməsini tövsiyə ediblər. Polis dəfələrlə bildirib ki, icazəsiz aksiyaya yol verilməyəcək. Aksiyadan iki gün əvvəl, bir gün əvvəkl təşkilatçılara izahat xəbərdarlıq edilib. İcazəsiz aksiya ərəfəsində hamıdan geri çəkilmək tələb olunub. Bütün bunlardan sonra isə asayişin bərpası istiqamətində addımlar atılıb. Polis ola bilsin bəzən sərt addımlar da atıb, amma o qarşısındakından fərqli olaraq qanunu pozmayıb, qanunun ona verdiyi izn çərçivəsində davranıb. Yüksək peşəkarlıqla. Bu gün Azərbaycan tarixinin ən müstəqil dövrünü yaşayır. Bundan artıq müstəqil olmaq sadəcə mümkün deyil. Bu gün ortaya nə qoyulub?
Müstəqillik ləyaqəti. Ləyaqət layiq olmaqdı. Azərbaycan xalqı müstəqil dövlətə malik olmağa layiqdirmi? Bu həftə hə deyənlərin bunun əksini sübut edənlər üzərində böyük hesabla qələbə günü oldu.
Qələbə Gününüz Mübarək.

Related Articles

+994 50 295 94 79
top