ABUTALIBOV NƏ İŞLƏ MƏŞĞUL OLACAQ? – İLK DƏFƏ AÇIQLADI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən gün yaş həddinə görə təqaüdə göndərilən baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.

Qaynarinfo.az-a istinadən xəbər veririk ki, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.

Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Related Articles

+994 50 295 94 79
top