SƏRHƏD QOŞUNLARINDAN QOVULAN ZABİTİ TƏHSİL ŞÖBƏSİNƏ MÜDİR TƏYİN EDİBLƏR-BEYLƏQANDA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Beyləqan Təhsil Şöbəsi icra başçısının alver predmetinə çevrilib! – Bir ildə şöbəyə iki müdir təyin olunub.

Təhsil naziri Ceyhun Bayramov Təhsil şöbəsini niyə nəzarətdən buraxıb?”

Azerinfo.tv bildirir ki, sosial şəbəkədə Bəhruz Abbasov adlı vətəndaş rayondakı son təyinata sərt münasibət bildirib. Həmin statusu olduğu kimi təqdim edirik:

“Asif Ağayev ötən ilin oktyabrında Beyləqana icra başçısı təyin olundu. Dərhal bir neçə kadr dəyişikliyi etdi. İlk dəyişiklik Təhsil Şöbəsində edildi. Rayonda ifşa olunmuş Xuraman Rüstəmova vəzifədən alındı, yerinə Təhsil İşçiləri Həmkarlar təşkilatının sədri vəzifəsini saxtakarlıqla ələ keçirmiş Tahir Həsənov təyin olundu. Rayon ictimaiyyəti təyinatın rüşvətlə və bu işi Sabirabad Regional Təhsil İdarəsinin müdiri, icra başçısının yerlisi Üzeyir Qasımovun təşkil etdiyi məlum oldu. Lakin T. Həsənovun müdirliyi çox sürmədi, yaşının çoxluğu onun bu vəzifəyə təyinat yolunu bağladı. Buna baxmayaraq, müdir T. Həsənov 10 ay vəzifədə qaldı və bu müddət ərzində verdiyi rüşvəti çıxarmaq üçün məktəblərdən müxtəlif ad altında xeyli pul yığdı. Bu müddətdə icra başçısı əl altdan TŞ-nə yeni müdir axtarışına çıxdı və nəhayət, axtardığını Çəmənli kənd orta məktəbində direktor işləyən, adı müxtəlif çirkli işlərdə çəkilən Həsən Həşimovda tapdı. Beləliklə, Həsən Həşimov oktyabrın 12-də Beyləqan RTŞ-yə müdir təyin olundu.
Bəs, Həsən Həşimov kimdir? Məlumata görə, H. Həşimov zabit kimi, 8 il (!) Sərhəd Qoşunlarında çalışıb. Törətdiyi cinayət hadisəsinə görə, (sərhəddə qaçaqmalçılarla əlbir olduğuna görə) o, SQ sıralarından qovulub, az sonra müəllimlik fəaliyyətinə başlayıb, qısa müddətdən sonra Çəmənli kənd tam orta məktəbinin direktoru vəzifəsini ələ keçirib. Artlq 10 ildən çox məktəb direktoru işləyən və işlədiyi müddətdə məktəbdə hər cür cinayət xarakterli işlərlə məşğul olan H. Həşimov nəhayət, Beyləqan TŞ-nin müdiri vəzifəsi kimi gəlirli sahəni də ələ keçirib. Bu işdə ona yardım edən Asif Ağayev və başçının yerlisi, Sabirabad RTİ-nin rəisi Üzeyir Qasımov da arzuladıqları məbləği əldə etməkdən məmnundurlar.
Beyləqan müəllimləri isə H. Həşimovdan narazıdırlar!..”
P.S. Qarşı tərəfin mövqeyin dərc edə bilərik.

Related Articles

+994 50 295 94 79
top