AMEA-nın yeni prezidenti kim olacaq? – 2 əsas namizəd var…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçiləcək.
Azvision.az xəbər verir ki, saat 16:00-da başlayacaq seçkilər nəticəsində Akademiyanın yeni rəhbərinin adı məlum olacaq.

Namizədlər arasında AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin adı çəkilir. Onlardan birinin Akademiyanın yeni prezidenti seçiləcəyi gözlənilir.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Azvision.az -a bildirib ki, kimlərin namizəd olacağı hələki dəqiq bilinmir. Yaxın saatlarda buna aydınlıq gətiriləcək.

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Related Articles

+994 50 295 94 79
top