Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 2013-də təsis edilmiş 10 manatlıq şirkətlə milyonluq müqavilə bağladı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “İnpeks.N” MMC ilə 5 milyon 541 min 021 manat məbləğində 5 müqavilə bağlayıb.

Birinci müqavilədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına Abadlıq İşləri satınalınması nəzərdə tutulub. 13 mart 2019-cu il tarixində açıq tender keçirilib və müqavilə bağlanıb. Müqavilənin məbləği 149 min 799 manatdır.

2-ci müqavilə isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına Kommunal kommunikasiya xərcləri satınalınması nəzərdə tutulub və müqavilənin məbləği 1 066 881 manatdır.

3-cü müqavilədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına avadanlıqların alınması satınalınmasına 329 min 423 manat ayrılıb.

4-cü müqavilə isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına digər maşın və avadanlıqlar satınalınmasına 1 544 932 manat nəzərdə tutulub.

5-ci müqavilədə İdarənin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları ,uşaq bağçaları və uşaq evlərində yumşaq inventarların satınalınması nəzərdə tutulub. Müqavilənin məbləği 2 449 986 manatdır.

Qeyd edək ki, sözügedən şirkət indiyədək dövlət tenderlərini ən çox qazanan biznes strukturdur. Bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur.

(banker.az)

Teref.az

Related Articles

+994 50 295 94 79
top