Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu saatlarda Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib. 


Tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib. 


O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib. 


Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib. 


Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. 


AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. 


Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var. 

Related Articles

+994 50 295 94 79
top