Fəxri ad alanlarla bağlı açıqlama Xatirənin başına bəla oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Bu günə qədər görmüsüz hansısa Xalq, Əməkdar artistə söz deyim? Heç kimin nə sənəti, nə özü mənə maraqlı deyil. Sonra deyirsiz niyə müsahibə vermirsiz? Bu cür qalmaqala görə. Hamını çox istəyirəm, amma müsahibə verməyəcəm”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə islam deyib. Sənətçi “Oxuya bilmir, necə “Əməkdar artist” oldu?” başlıqlı açıqlamasından söz açıb.

Xatirə bildirib ki, fəxri ad alan dostları ondan inciyib:

“Müsahibəni on gün əvvəl vermişəm. Gətirib yaxın dostlarım ada layiq görüləndən sonra yayımlayıblar. Bayağı, səsi olmayan, fəxri adları olanlar haqda danışmışam.

Anam deyir ki, Röya ilə yaxınsan, fəxri ad alıb, sən niyə elə etdin? Hardan bilim ki, dostlarım fəxri ad alacaq? Heç orada ad da çəkməmişəm. Saxlayıblar müsahibəni evdə, sonra veriblər. Niyə məni dostlarımla üz-göz etdiniz?

Müsahibədən elə çıxıb ki, böyük adamam, dünyada məndən güclü səsi olan yoxdur, özümdən başqa heç kimi bəyənmirəm. Özüm də süjetə baxanda özümlə bağlı belə qərara gəldim. axı elə iddiada ola bilmərəm. Montaj edin, amma bu qədər yox”.

Related Articles

+994 50 295 94 79
top