Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı — FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Jurnalistlər üçün nəzərdə tutulan binalardakı mənzillərin bir neçəsi satışa çıxarılıb. 


Yenilik.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, artıq daşınmaz əmlakla bağlı saytlarda həmin binalarda mənzil satılması ilə bağlı elanlar yerləşdirilib. 


Yada salaq ki, həmin binalarda jurnalistlərə ev verilməsi qalmaqalla yadda qalmışdı. Belə iddialar səsləndirilirdi ki, həmin binalarda ev almış şəxslərdən bir çoxunun mənzilə ehtiyac olmayıb. Lakin bununla belə onların adı siyahıya salınıb. Ehtiyacı olan media nümayəndləri isə kənarda qalıb.


Jurnalistlərin binasından mənzil satılması ilə bağlı elanları təqdim edirik.

Related Articles

+994 50 295 94 79
top