“Özümü rəis kimi aparmaq istədim, dedilər ki, içmisən”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Şairə Nazilə Səfərli “Maşın” şounun qalibi Suna Kasımoğluya avtomobilin verilməsi mərasiminə qatılıb.

Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi avtomobilin arxasında oturaraq, zarafatla “Suna xanım, zəhmət olmasa bulvara sürün, istirahət etmək istəyirəm” sözlərini deyib.

Saytımızın İnstaqram səhifəsində yerləşdirilən video müzakirələrə səbəb olub. Bir çoxları Səfərlinin sərxoş olduğunu yazıb və onu tənqid ediblər.

Nazilə onu içkili olmaqda günahlandıranlara cavab verib. Şairə bildirib ki, spirtli içkilərdən uzaq biridir:

“Suna Kasımoğlunun maşınının arxasında əyləşmişdim. Həyatımda bircə dəfə özümü rəis kimi aparmaq istədim. Onda da hamı yazdı ki, bu qız içib. Bizim evdə içki qadağası yoxdur. Amma mən içmirəm. Ay insanlar, əgər birinin kefi kökdürsə, deməli, onun xoşbəxtlik hormonu çalışır. O dəqiqə ona sərxoş damğası vurmayın. Sərxoş adamlar başqa yerdə olur”.


Related Articles

+994 50 295 94 79
top