Şəkidə bələdiyyə sədrinin özbaşınalığı… – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Şəki rayon Çayqaraqoyunlu kənd sakini İsayev İslam Mədət oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident! Əvvəlcə qeyd edim ki, bir neçə gün bundan əvvəl Mingəçevir şəhərində vətəndaşların səyyar qəbulunu keçirdən Ali Məhkəmənin sədri Ramiz Rzayeyin qəbulunda olmuşam və bu şikayətimi həm şifahi həmdə yazılı formada ona təqdim etmişəm

Sakini olduğum Şəki rayon Çayqaraqoyunlu kənd C.Cabbarlı adına kolxozun 18.04.1989-cu il tarixli 03 nömrəli protokol qərarı ilə mənə ev tikmək üçün Əlçiyan çayının sol sahilindən, əkinə yararsız yerdən 0,20 ha torpaq sahəsi verilmiş, sonradan həmin torpaq sahəsində məscid tikiləcəyindən kolxozun 28.09.1994-cu il tarixli 09 nömrəli protokol qərarı ilə həmin torpaq sahəsinin əvəzinə mənə Acı Dərədən əkinə yararsız sahədən 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,07 ha hissəsini Çayqaraqoyunlu bələdiyyəsi 24.02.2012-ci il tarixli 02 nömrəli qərarı ilə qanunsuz olaraq Hümbətova Rəhilə Qurbanəli qızına satmışdır. Rəhilə Hümbətovada həmin torpaq sahəsini Nurlan Məmmədova bağışlamışdır. Qeyd edim ki, Nurlan Məmmədov Şəki rayon Turan qəsəbə sakinidir. O Çayqaraqoyunlu kəndində fərdi yaşayış üçün hərracdan kənar torpaq sahəsi ala bilmədiyinə görə çayqaraqoyunlu bələdiyyəsi ilə sövdələşmə apararaq bu torpaq sahəsinin Rəhilə Hümbətovanın adına sənədləşməsi üçün lazım olan xərcləri də özü ödəmişdir.

Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinə qarşı (üçüncü şəxs: Məmmədov Nurlan Məhəmməd oğlu) “0,20 ha torpaq sahəsinin 0,07 ha hissəsinin satılmasına dair Çayqaraqoyunlu bələdiyyəsinin 24.02.2012-ci il tarixli qərarının ləğv edilməsi” barədə Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırdığım iddia təmin edildi.Yəni Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2-1(84)-18/2018 saylı qərarı ilə Çayqaraqoyunlu bələdiyyəsinin qanunsuz verdiyi 24.02.2012-ci il tarixli 02 saylı qərarı ləğv edildi.

Üçüncü şəxs Nurlan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.05.2019-cu il tarixli 2-1(107)-156/2019 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı.

Üçüncü şəxs Nurlan Məmmədov və Çayqaraqoyunli bələdiyyəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakim İlqar Dadaşovun sədrliyi ilə) 21 avqust 2019-cu il tarixli 2-1(102)2440/2019 saylı qərarı ilə birgə verilmiş kassasiya şikayəti qismən təmin olundu. Yəni Şəki Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərildi.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakim İlqar Dadaşovun sədrliyi ilə 21 avqust 2019-cu il tarixli bu qərarı əsassız və qanunsuz verib. Belə ki, məhkəmə işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsin qərarında göstərdiyi araşdırmalı olduğu subutlardan biri Çayqaraqoyunlu bələdiyyəsinin 24.02.2012-ci il tarixli qərarın ləğv edilməsinə dair iddianı 2017-ci ilin avqust ayında qaldırmağımdır. Buna səbəb mənim Çayqaraqoyunlu bələdiyyəsinin 24.02.2012-ci il tarixli qərarından məlumatımın olmaması olmuşdur. Bu məlumatı alan kimi dərhal məhkəməyə müraciət etmişəm. Bu qərar 2012-ci ildə verilsədə bu günə qədər mənə təqdim olunmayıb. Eyni zamanda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarında mənə məxsus Çayqaraqoyunlu kəndində rəsmi qeydiyyatdan keçmiş digər yaşayış üçün torpaq sahəsinin və fərdi yaşayış evinin olub-olmadığının, olduğu təqdirdə bu qeydiyyatın hansı əsasslarla həyata keçirildiyinin araşdırılmasını göstərmişdir. Bunlar məhkəmə qətnaməsinin ləğv olunmasına əsass vermir. Qeyd edim ki, mənim Çayqaraqoyunlu kəndinin digər ərazisində fərdi yaşayış evim var və hal-hazırdada ailə üzvülərimlə birlikdə həmin evdə yaşayırıq. Bunun bu mübahisəli məhkəmə işinə aidiyyatı yoxdur. Çünki mülki qanunvericiliyində və Azərbaycan Respublikasının digər qanunvericiliklərində Azərbaycan Respublikasında yaşayan şəxslərin mülkiyyət saylarının məhdudiyyəti yoxdur. Mənim xususi mülkiyyətimdə olan və Şəki rayon Çayqaraqoyunlu kənd ərazisinin Acı Dərə ərazisində yerləşən hal-hazırda məhkəmədə mübahisəli olan fərdi yaşayış üçün olan torpaq sahəsindən 1994-cü ildən istifadə edirəm. Həyətimə meyvə ağacları əkmişəm. Həyətin otundan istifadə edirəm. Eyni zamanda ailəmin tərəvəz məhsularına olan ehtiyacını ödəmək üçün həmin torpaq sahəsində tərəvəz üçün əkin sahəsi salmışam. Dediyim odur ki, həmin torpaqdan təyinatı üzrə istifadə edirəm. Çayqaraqoyunlu bələdiyyəsi isə 1999-cu ildə yaradılıb. Ona görədə həmin torpaq sahəsinin bələdiyyəyə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi bələdiyyə mövcud olmadığı dövrdə verilmiş torpağın kordinatlarının müəyyən etməsi və digər hərəkətləri etməsi onun üçün absurdur.

Eyni zamanda Hümbətova Rəhilə Qurbanəli qızı Şəki rayon Notariat kontoruna, Şəki rayon Prokurorluğuna, Şəki Rayon Məhkəməsinə və Şəki RİH-nin Şüquq Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 1996-2012-ci illər ərzində istər kolxoz, istərsədə bələdiyyə yarandığı tarixdə Çayqaraqoyunlu bələdiyyəsinə məxsus ərazidən onun adına hər hansı torpaq sahəsi verilməmişdir. Ona verilmiş 0,07 ha torpaq sahəsinin haradad yerləşdiyini bilmir,torpağın ayrılması, alınması, bağışlanması və digər xərclər üçün pul ödəməmişdir. Onun dövlət orqanlarına yazdığı ərizələrindən məlum olur ki, onun bu torpağın götürülməsindən xəbəri olmayıb.Ondan bir vasitəçi kimi istifadə edərək bir qrup şəxslər tərəfindən sövdələşmə aparılmış və bu sövdələşmə nəticəsindədə mənim mülkiyyətim qanunsuz olaraq zəbt olunmuşdur

Eyni zamanda qeyd edim ki, Çayqaraqoyunlu bələdiyyəsinin nümayəndəsinin məhkəmələrdə verdiyi izahatlar və rəsmi dövlət orqanlarından alınmış rəsmi sənədlər subut edir ki, bələdiyyənin Nurlan Məmmədova verdiyi 0,07 ha torpaq sahəsi mənim xususi mülkiyyətimdə olan fərdi yaşayış üçün verilmiş torpaq sahəsinin bir hissəsidir. Bütün bunlar subut edir ki, Çayqaraqoyunlu bələdiyyəsi tərəfindən Nurlan Məmmədova verilmiş 0,07 ha torpaq sahəsi saxta yolla verilmiş və həmin torpaqla bağlı bələdiyyənin qərarı ləğv olunmalıdır. Eyni zamanda Amma Ali Məhkəmənin hakimi İlqar Dadaşov faktlara və şahidlərin dediklərinə göz yumaraq hansısa maraqlar xatirinə qanunsuz verilmiş bələdiyyə qərarını müdafiə edib. Halbu ki, İlqar dadaşovda yaxşı bilir ki, bir qrup adam sövdələşərək mənim xususi mülkiyyətimdə olan torpaq sahəsini əlimdən almaq istəyirlər. Bu məhkəmə sənədlərindən və şahid izahatlarından məhkəməyə təqdim olunmuş faktlardan açıq-aydın görünür.Atalardan qalma bir misal var “Görünən kəndə bələdçi lazım deyil”.

Cənab Prezident! Xahiş edirəm mənim bu müraciətimi Şəki Apellyasiya Məhkəməsi tərəfindən obyektiv araşdırılıb ədalətli qərar verilməsinə köməklik göstərəsiniz”.

İddia olunanlarla bağlı TEREF.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Related Articles

+994 50 295 94 79
top