Xaçmazın yeni icra başçısı kimdir? – DOSYE

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonuna yeni icra başçısı təyin olunub.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmazın icra başçısı vəzifəsinə təyinat alıb.

E.Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.

Related Articles

+994 50 295 94 79
top