“”Unibank” filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən…” – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mürvət Rəhmli adlı şəxs Unibank-dan şikayət edib.

Şikayəti olduğu kimi təqdim edirik:

“Şikayətim Unibank-dandır və informasiya xarakterlidir. Əgər biznes sahibisinizsə və ya VÖEN ə bağlı biznes kart açmaq lazımdırsa, qəti şəkildə Unibank-dan uzaq durun. Səbəb: Ən sadə köçürmə üçün belə mütləq işi gücü atıb hər dəfə filiallarına getməyə borclu olacaqsız.Ölkə xaricində olanlara ümumiyyətlə ağlamalı vəziyyətdi. Siz işdəsiz və xidmət göstərirsiz, müqavilələr bağlayırsız amma ödəniş etmək üçün hər şeyi atıb Unibank filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən. Mobil proqram, İnternet banking, biznes sahiblərinə 10 dəq də xidmət və s. reklam şüarlarına inanmayın. Hal-hazırda fakt budur. Mən də indi qarşı şirkətə ödəniş etməliyəm və bunun üçün 600km yol gedib gəlməliyəm Unibank filialı tapmaq üçün”. //365.az//Teref.az

Related Articles

+994 50 295 94 79
top