MİNGƏÇEVİRDƏ DOĞUŞ ZAMANI KÖRPƏ XƏSARƏT ALDI – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mingəçevir şəhər xəstəxanasının doğuş şöbəsində daha bir körpə doğuş zamanı xəsarət alıb.
Bu barədə xəstənin həyat yoldaşı Xəyal Saadov Yeniavaz.com saytına müraciət edərək aidiyyatı qurumlardan kömək istəyir. Xəyal bildirir ki, həyat yoldaşı Günay İlham qızı 1 noyabr tarixdə xəstəxanaya doğuş üçün gətirilib:
“Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. Bizim imkanımız olmadığına görə 50 manat verdik, yenə qane olmadı, üstünə 20 manat da qoyub 70 manat pul verdik. Uşaq da doğularkən körpücük sümüyünün qırığı ilə xəsarət alıb. Hal-hazırda uşağın gözündə, üzündə narahatçılıq var, vəziyyəti ağırdır. Uşaq dayanmadan ağlayır. Eşitiyimizə görə bu həkimin əlində bu ikinci uşaqdır ki, doğuş zamanı xəsarət alır. Xahiş edirik bununla bağlı aidiyyatı qurumlar tədbir görsün. Həkimi axtarırıq tapmırıq, indi bizə deyirlər ki, həkim məzuniyyətə çıxıb”.
Mingəçevir Xəstəxanasının baş kəkimi Eldar Kərimovla məsələ ilə əlaqə saxladıq. Həkim bildirdi ki, xəstə sahibi prokurorluq orqanlarına müraciət etsin.

Related Articles

+994 50 295 94 79
top