Bağdad can hayında, Tehran piy axtarır: İraqlılar Kərbəladakı İran konsulunu özününküləşdirdilər – Videolar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İraqda İran və İrana bağlı hökumət əleyhinə aksiyalar davam edir.

Ovqat.com “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Bağdad və ölkənin cənub bölgələrindən gələn xəbərlərdə yolların, məktəblərin və idarələrin bağlandığı deyilir.

“Associated Press”in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə isə, etirazçılar İslam Respublikasının Kərbəladakı konsulluğuna hücum ediblər. “AFP”in məlumatında, İraq paytaxtında və İraqın cənubundakı digər regionlarda etirazçıların küçə və yolları, hökumət idarələrini və məktəbləri bağladıqları bildirilir.

Agentliyin məlumatına əsasən, etirazçılar Bağdadın müxtəlif rayonlarında avtomobilləri yol kəsişmələrinin ortasında saxlayaraq, nəqliyyatın hərəkətinə maneə törədiblər. Onların bir qismi də məktəblərdə aksiyalar keçirir. Eyni zamanda, Müəllimlər Birliyi də kütləvi tətillərin vaxtını uzadıb.

İraqın həmkarlar ittifaqları, dərnəkləri və birlikləri, o cümlədən həkimlər, mühəndislər və vəkillər etirazlara dəstək verib. Associated Press, təhlükəsizlik səbəbiylə şəxsiyyətlərini açıqlamayan şahidlərə istinadən, noyabrın 3-də onlarla etirazçının İslam Respublikasının Kərbəla şəhərindəki Konsulluğuna hücum etdiyini bildirib.

Youtube kanalından əldə etdiyimiz video-görüntülərdə Kərbəlada İraqlıların İran konsulluğuna hücumları əks olunub. Aksiyaçılar konsulluğun divarına dırmaşaraq İran bayrağını çıxarıb, yerinə İraq bayrağı taxırlar. Tarixin ironiyasına bax ki, başqa dövlətlərin diplomatik korpuslarına hücumların əsasını qoyan elə indi bayrağı konsulluğunun üzərindən endirilən həmin İran olub. 1979-cu ildə İran inqilabının ilk günlərində ABŞ-ın səfirliyini ələ keçirən üsyançılar 66 nəfər saxlanmış, daha sonra onlardan 13-ü tezliklə azad etmişdi. Digər 53 girov isə 444 gündən sonra ABŞ-a təhvil verilmişdi. İran hələ də bu emossionallığının bədəlini ödəyir, dünyadan tam tədric olunmuş vəziyyətdədir.

İndisə İran dünyada özünə ən yaxın (həm coğrafi, həm də mənəvi cəhətdən) coğrafiyada eyni tale ilə üzləşir.

İranın yarırəsmi media qurumu Qafqaz.ir-i isə Amerikanın Türkiyə əleyhinə qəbul etdiyi qətnamə maraqlandırır. Qəribədir ki, sayt bu barədə yazdığı məqaləsini Ovqat.com-a göndərib. Məqalədə deyilir:
http://qafqaz.ir/az/amerikanin-konqres-numayəndələri-erməni-soyqiriminin-rəsmi-taninmasini-və-turkiyəyə-qarsi-yeni-sanksiyalar-qoyulmasini-istəyib/

Qafqaz Həqiqətləri – Amerika Konqresinin 405 nümayəndəsi yerinə yetirilməsi vacib olmayan qətnamə qəbul edərək Amerika dövlətindən Türkiyədə erməni soyqırımının rəsmi şəkildə tanınmasını istəyib.

Bu iddiaya əsasən, 1915-ci ildə və Birinci Dünya Müharibəsi zamanı osmanlı türkləri 1.5 milyon ermənini qətlə yetirib.

Lakin Türkiyə dövləti soyqırım ittihamını qəbul etmir, ölənlərin daxili müharibə və iğtişaşlar qurbanları olduğunu, onların sayının isə şişirdildiyini deyir.

Amerika Konqresi nümayəndələri habelə, səs çoxluğu ilə qətnamə qəbul edərək Trampdan istəyiblər ki, Suriyanın şimalına və Amerikanın müttəfiqləri olan kürdlərə hücum etdiyinə görə, Türkiyə və onun dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq edilsin.

“Reuters”-in verdiyi xəbərə görə, bu qətnamə həm Demokrat, həm də Respublikaçılar partiyasının nümayəndələri tərəfindən dəstəklənib və 403 səs lehinə, 16 səs əleyhinə olmaqla qəbul edilib. Qətnamədə dövlətdən istənilir ki, Rəcəb Təyyib Ərdoğan Suriyanın şimalındakı hərbi əməliyyatı dayandırmağa məcbur edilsin və onun yenidən başlanmasının qarşısı alınsın.

“HİLL” saytı bu barədə yazıb: “Konqres nümayəndələrinin qətnaməni yekdilliklə qəbul etməsinə və Türkiyə əleyhinə yeni sanksiyaların qoyulmasını istəməsinə baxmayaraq bu qətnamə Senatda dayandırıla bilər. Çünki Respublikaçıların Senatda rəhbəri Mitç Makkonnell NATO üzvü olan bu ölkəyə qarşı təzyiqlərin azaldılmasını istəyib.”

Türklər demişkən, “nə əlaqə, nə maydanoz”

Related Articles

+994 50 295 94 79
top