Şəkil çəkmək istəyən turist filin qəzəbinə tuş gəldi – QORXUNC…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Taylandda filin şəklini çəkmək istəyən bir turist gözləmədiyi halla qarşılaşıb. Qəzəbli fil qarşısında duran turistin avtomobilinə hücum edib.

Moderator.az xəbər verir ki, Taylandda “Khao Yai “Milli parkında avtomobili ilə gəzən turist bir fillə qarşılaşıb. “Duea” adlı 7 tonluq fili qarşısında görən adam avtomobili dayandıraraq filin şəklini çəkmək istəyib. Bu zaman fil dayanmaq əvəzinə avtomobilin üzərinə çıxıb. Gözlənilməz halla qarşılaşan sürücü avtomobildən çıxaraq qaçıb.

Park rəhbərliyi girişdə turistlərə özlərinə doğru gələn bir fil görən zaman avtomobillərini fildən 30 metr kənarda saxlamalarını və filin onlara doğru gəldiyi zaman əks istiqamətə getmələrini tövsiyə edən xəbərdarlıq lövhəsi asıb. Xəbərdarlıqda “Şəkil çəkmək üçün avtomobili saxlamayın, çünki o poz siz və avtomobiliniz üçün təhlükə yarada bilər” şəklində yazılar yazılıb.

Related Articles

+994 50 295 94 79
top