AZƏRBAYCANLI MİLYARDER FƏHLƏLƏRİN PULUNU VERMİR – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir qrup vətəndaş Azərbaycan əsilli məşhur Rusiya milyarderi Fərhad Əhmədovun onlara borclu olduğunu iddia edir.
Bizimyol.info-ya istinadən xəbər veririk ki, video-müraciət edən şəxslərin sözləinə görə, onlar Fərhad Əhmədova məxsus daşınmaz əmlak sahəsinə işləyiblər.

“2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi Göyçay və İsmayıllı rayonlarının ararsında yerləşən, Yekəxana su anbarını da əhatə edən “KƏND” MMC-nin ərazisindəki Fərhad Əhmədova məxsus malikanədə tikinti-quraşdırma, mebel və dekorasiya işlərinin həyata keçirilməsində təşkilatçılıq və digər işləri həyata keçirmişik.

Bir ilə yaxındır işlərin yekunlaşmasına baxmayaraq Fərhad Əhmədov görülmüş işlərə görə əmək haqqı qalıqlarını ödəməyib. Dəfələrlə özünün şəxsi elektron ünvanına və onun işlərini həyata keçirən şəxslərə müraciət etməyimizə baxmayaraq onlarla insanın zəhmət haqları ödənməmiş olaraq qalır”,-deyə müraciətdə bildirilib.

Related Articles

+994 50 295 94 79
top