İCRA HAKİMİYYƏTİ QARABAĞ ƏLİLİNİ HƏBSLƏ HƏDƏLƏYİR – QALMAQAL

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ağsu rayon icra hakimiyyətinin, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kəndin yeganə zabit Qarabağ əlilinin 22 istifadəsində olan torpaq sahəsini hərracdan kənar satmasına hələ də hüquqi qiymət verilməyib. Düzdür, icra başçısı görəvindən alınıb, amma yeni icra başçısı da sələfinin “atdığı daşı quyudan çıxara bilmir”. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra qeyd olunur: “Ədliyyə Nazirliyinin bələdiyyələrlə İş Mərkəzi, Göyçay Regional Ədliyyə İdarəsi Ağsu rayonu, Pirhəsənli bələdiyyəsinin mülkiyyətində olan torpağı saxta protokol tərtib edərək icra hakimiyyətinə ayırması haqqında qərarını qanunsuz saysa da, hələ də ləğv etməyib. Amma ləğv edilməsini sözügedən bələdiyyəyə təklif edib. Hüquq mühafizə orqanları, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin 161 “qaynar xətt” xidməti 3 dəfə şikayəti qeydə alsa da, hələ də heç bir konkret tədbir görülməyib. Məhkəməyə də təzyiq edən icra hakimiyyəti 3 aydır Qarabağ əlilinin pozulmuş hüquqlarının bərpasını Şəki İnzibati-İqtisadi Məhkəməsində adi baxış səviyyəsinə çıxarmasına qadağa qoyub . Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası qəti şəkildə əlilin iddiasının iclas keçirmədən mümkün sayılmayacağını açıqlayıb. Bütün yolların bağlandığını görən savaş əlili Ağsu RİH -ə etiraz hüququndan yararlanacağını bildirəndə, başçının 1-ci müavini R. Novruzov məktubla etiraz edəcəyi halda məsuliyyətə cəlb ediləcəyini Qarabağ əlilininə çatdırıb. Özbaşınalığa baxın, Konstitusiya ilə təsbit olunan etiraz hüququna görə, icra hakimiyyəti vətəndaşı, Qarabağ əlilini həbslə hədələyir! (?) Özü də rəsmi məktubla. Belə icra hakimiyyətindən hansı xidmət, hansı mənəviyyat gözləmək olar? Elə belə mənəviyyatsızlığın, alçalmanın göstəricisidir ki, icra başçısı dədəsinin uyuduğu qəbristanlığı da başqa kəndin icra nümayəndəsinə satıb. Vurğuladığımız kimi, yeni başçı da, qanunsuz torpaq alverinə, savaş əlillərinin hüquqlarının pozulmasına , hələ ki , loyallıq sərgiləyir. Bunun bir nədəni yeni başçının köhnə başçının əmisi oğlu ilə ilə “arvad qohumluğu” münasibətində olmasıdırsa, bir nədəni də sadəcə, icra hakimiyyətinin vətəndaşa, əlilə torpaq bazarında müştəri gözü ilə baxmasıdır. Torpaq şöbəsinin müdiri Tofiq Ağayevin Qarabağ əlilinin istifadəsində olan torpağın hərracdan kənar satılmasına necə rəy verməsi də maraqlıdır.

Bir sözlə, Qarabağ əlilləri Ağsu icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının özbaşınalığına diqqət çəkmək üçün Bakıda etiraz aksiyası keçirmək haqqında ali dövlət hakimiyyəti orqanlarını xəbərdar ediblər. 15 Qarabağ əlili ailəsinin iştirakı ilə “Ağsu RİH -in Qarabağ əlilinə qarşı korrupsiya əməlinə son qoyulsun! “ şüarı ilə keçirəcəyi piket 22 noyabr 2019 -cu ilə təyin edilib.

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq…

Related Articles

+994 50 295 94 79
top