Səfər Əbiyevin sarımsaq tenderləri ….

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Teref.az yazır ki, müstəqil araşdırmaşı jurnalist Cavanşir Həsənli yeni araşdırması ilə sosial şəbəkədə paylaşım edib.
Cavanşir bəy yazır:
Səfər Əbiyev müdafiə naziri olanda təkcə bir il ərzində (2010-cu il) dövlət satınalmaları üzrə 6 dəfə sarımsaq tenderi keçirmişdi. Bu məqsədlə həmin il toplam 621 min 300 manat vəsait “xərclənmişdir”.

* Müdafiə Nazirliyi sarımsaq) – Bakı zonası Sünbül KFT – 159,500.00 manat
* Müdafiə Nazirliyi (sarımsaq) – Gəncə zonası Zəhmət MMC – 208,000.00 manat
* Müdafiə Nazirliyi (sarımsaq) – Beyləqan zonası Bostançı KFT MMC – 105.000,00 manat

* Müdafiə Nazirliyi (sarımsaq) – Masallı zonası İlqar-06 MMC – 13.200,00 manat
* Müdafiə Nazirliyi (sarımsaq) – Qusar zonası Araz-MS MMC – 8800.00 manat
* Müdafiə Nazirliyi (sarımsaq, soğan) – “MÜDÜR” KFT MMC, Tural KFT, İlqar-06, XəZər MMC – 126,800.00 manat.

Səfər Əbiyev nə vaxtsa memuarlarında yazacaq ki, sarımsağın iyi ön cəbhəyədək yayılmışdı, amma Bakıda bunu hiss edən olmadı…
Teref.az olaraq qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!
Teref.az

Related Articles

+994 50 295 94 79
top