XOSE BERNARDONU BIÇAQLAYAN ŞƏXS SAXLANILDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Apa-ya istinadən xəbər veririk ki, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Related Articles

+994 50 295 94 79
top