Xose ilə qardaşının bıçaqlanması ilə bağlı Səhiyyə Nazirliyindən – AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb.

Nazirlikdən Buta.ws-ə verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da daxil olub. 

“Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. 

Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”, – nazirlikdən bildirilib. 

Related Articles

+994 50 295 94 79
top