MİRDAMƏT SADIQOVUN İSMAYILLIDA “OKEAN İNŞAAT”-A OLAN SEVGİSİ HARADAN QAYNAQLANIR?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün ölkə mətbuatının gündəmindən düşməyən və geniş müzakirələrə səbəb olan məsələlərdən biri də tender yolu dövlət vəsaitinin talanmasıdır. Keçmiş Vergilər Nazirliyində nizamnamə kapıtalı 10 manatdan başlayan müxtəlif adlı MMC-lər vasıtəsilə silinən pullara hələ ki,rəsmi dövlət orqanları da göz yumur.Bəs görəsən bu nəvaxta qədər davam edəcək? Axı Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi,tenderlərdə müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir illik (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır…Bəs qanunda göstərilən bu hallara niyə göz yumulur.? Nə üçün hər bir iş üçün elan olunmuş tenderlərdə osahə üzrə ixtisaslaşmış,püxtələçmiş şirkətlərə verilmir? Hələ ki,hamı susur və işini əvvəlki qaydada davam etdirir, bu qanuna riayət etmir.

Verilən məlumatlara görə son illərdə İsmayıllı rayon İcra Hakimiyyətinin və bir sıra qurumların elan etdiyi tenderlərin keçirilməsində də yuxarıda göstərdiyimiz qanunayğunluqlar pozulur. Bu tenderlərin də qalibi hər yerdə olduğu kimi bir MMC dir. Vergilər Nazirliyində “Okean İnşaat”MMC kimi qeydiyyatdan keçmiş şirkət İsmayıllı rayonundan elan olunmuş bir çox tender və katirovka sorğularının qalibi olmasında ortaya şübhəli məqamlar çıxır? Adindan da görsəndiyi kimi inşşaat işləri ilə məşğul olan şirkət İsmayıllı Kommunal Müəssisələri Kombinatının elan etdiyi nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınması, elektrik avadanlıqlarının alınması, inventar və geyim ləvazimatlarının alınması üzrə kotirovka sorğusu prosedurları keçirilmiş və hər üç iş üzrə “Okean-İnşaat” MMC qailb gəlmiş, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasınin elan etdiyi idarənin xərcləri, mal-materialın alınması üzrə, Yumşaq inventarın alınması üzrə “Okean inşaat” MMC qalib gəlmiş və müvafiq satınalma müqavilələri imzalanmışdır.

Azərbaycan Respublkasının tender komissiyasının rəsmi portalında yerləşdirilmiş elanlara əsasən isə “Okean İnşaat”MMC Meliorasiya və Su Təsərrüfatı ASC nin İsmayıllı Suvarma Sistemləri idarəsinin 2010-2017 ci illərdə elan etdiyi Əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması, cari təmir işləri üçün tikinti materiallarının satın alınması, maşın-mexanizmlərin təmiri üçün ehtiyat hissələrinin satın alınması, nəqliyyat vasitələrin təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə elan olunmuş tenderlərin qalibi “Okean İnşaat”MMC olmuşdur. Maraqlı burasıdır ki,sözügedən Suvarma Sistemləri idarəsi 7 ildə 3 dəfə əsaslı,2 dəfə isə carı təmir üçün tender elan edib.Qanuna görə isə dövlət büdcədən əsaslı təmir üçün 5,cari təmir üçün isə 3 ildən bir vəsait ayıra bilər.

Yuxarıda qetd etdiyimiz portalda göstərilənlərə əsasən 2010 cu ildən Səhiyyə Nazirliyi İsmayılı rayon Mərkəzi Xəstəxanasının elan etdiyi inventarların alınması, digər maşın və avadanlıqların satın alınması, azqiymətli avadanlıqların satın alınması, digər maşın və avadanlıqların satın alınması, yumşaq inventarların alınması, Keçmiş Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı rayon Mədəniiyyət və Turizm Şöbəsinin, hazırda isə Mədəniyyət Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin isə elan etdiyi inventarların satın alınması, İsmayıllı Regional Mədəniyyət İdarəsinə lazım olan digər maşın və avadanlıqların satın alınması,inventarın satın alınması,, İdarənin tabeçiliyində olan müəssisələrin carı təmir işləri üzrə ümumilikdə 7 il ərzində 1 471 707,47 manatlıq tenderlərin qalibi olmuşdur. Buraya İsmayıllı rayom İcra Hakinmiyyəti İsmayıllı şəhər İnzibati Ərazi Dairəısi üzrə İcra Nümayəndəliyi tabeliyində olan uşaq bağçaları-körpələr evinin cari təmir işlərini və bizə məlum olmayan digər işləri də buraya əlavə etsək “Okean İnşaat” MMC-nin son illər dövlət büdcəsindən kifayət qədər böyük məbləğlərdə pulların silinməsində iştirak etdiyini görmüş olarıq. Elə bu istiqamətdə araşdırmalarımızı davam etdirəcək, İcra başçısının “Okean İnşaat”MMc-yə olan sevgisinin haradan qaynaqlandığını öyrənməyə çalışacağıq.

İsmayıllı rayonundan verilən məlumatlarda şirkətin rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova yaxınlığı ilə tanınan bir iş adamına məxsus olduğu bildirilir. Məlimatda o da qeyd olunur ki, Mirdamət Sadıqov rayonda leqal, qeyri leqal bir çox işləri bu şirkət vasıtəsi ilə həyata keçirib və keçirməkdə davam edir.Qeyd edək ki, son günlər Mirdamət Sadıqovun adı dövrü mətbuatda tez tez hallanır. Onunla rayonda təzə tikilmiş yaşıl bazarın sahibləri arasında yaranmış mübahisə məlumatlara görə hələ həllini tapmamış olaraq qalmaqdadır. Karyerasının qürub çağında üzləşdiyi problemlərin ona nə kimi sonluq gətirəcəyini isə zaman göstərəcək.

Aktualinfo.org

Related Articles

+994 50 295 94 79
top