SƏTTAR MEHBALIYEV GƏNCƏDƏ BAYRAM HACIYEVLƏ TƏHSİL İŞÇİLƏRİNİN QAYĞISINA NECƏ QALIR?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuş, bir çox məktəblər əsaslı şəkildə təmir edilmişdir. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Təhsil işçilərinə olan dövlət qayğısından əlavə başqa əlaqədar təşkilatlar tərəfindən nə kimi işlər görülür? Bu sual doğurur.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin fəaliyyətində ciddi qanun pozuntularının baş verməsi barədə verilən məlumatların nə dərəcədə həqiqətə uyğun olub,olmaması barədə qısa bir araşdırma apardıq. Apardığımız araşdırmadan belə məlum oldu ki, sözügedən Komitəniin xidmətində 99 idarə müəssisə və təşkilat var. Bunlar Gəncə şəhərində yerləşən Kolleclər, Peşə liseyləri , Peşə məktəbləri, Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri , Uşaq bağçaları, Uşaq yaradıcılıq mərkəzləri,Texniki yaradıcılıq mərkəzləri , Ekoloji tərbiyə və tədris mərkəzi, Uşaq gənclər idman məktəbi, Şahmat məktəbi , Gənc turistlər və diyarşünaslıq mərkəzi, Uşaq evi, Təhsil Şöbəsi və digər bilmədiyimiz qurumlardır. Bu idarə və müəssisələrdə işləyənlərin 9005 nəfəri ittifaqın üzvləridir. Tələbə həmkarlar ittifaqı üzvlərinin sayını da bura əlavə etsək Gəncə şəhər komitəsi üzrə ittifaq üzvlərinin sayı 12 minə çatır və Bakı şəhərindən sonra ən çox üzvü olan iknci təşkilatdır.

Amma görəsən bu Komitə Gəncə şəhərində təhsil işçiləri üçün nə kimi işlər görüb?

Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyev cənablarının da, birinci Vitse-prezident Mehriban Əliyevanın da təhsil işçilərinin zəhmətlərinə verdikləri qiymət hər addımda özünü biruzə verir. Bəs ölkə başçısından və onun xanımından necə, nümunə götürənlər varmı? Gəncə şəhərindəki qayğıya ehtiyacı olan təhsil işçilərinə görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsini payı nə qədərdir?

Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqınınfəaliyyəti əsasən təhsil işçilərinin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili üzərində qurulub. Müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində yaranan problemlərin həlli də birbaşa Həmkarlar Komitəsinin səlahiyyətlərinə aiddir. Bütün sadalananlarla bərabər Komitənin fəaliyyətinə birbaşa əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər də daxıldır. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Bayram Hacıyev bu yöndə son 15 ildə nə kimi işlər görə bilib? Görəsən Bayram müəllim bir komitə sədri olaraq son vaxtlar Gəncə şəhərinin hansı bir orta məktəbinə, hansı bir uşaq bağçasına baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmiş, müəllimlərin sosial problemləri ilə maraqlanmışdır?

Maraqlıdır,görəsən Bayram Hacıyev bir Komitə sədri kimi son illər sosialyönümlü problemlərini həll etdiyi şəhər təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Təhsil Şöbəsinin müdiri Zakir Hüseynovla birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

Verilən məlumatlara görə Bayram Hacıyevin gördüyü işlər ancaq kağız üzərindədir.. İlk baxışdan burada hər şeyin qaydasında olduğu qənaətinə gəlmək olar. Lakin Komitə tərəfindən olunan bütün yardımlar,tədbirlər üçün ayrılan bütün vəsaitlər yalnız kağız üzərində olduğu bildirilir. Bunu aidiyyatı qurumlar araşdırsa daha yaxşı olardı və çox qanunsuqlar üzə çıxardı. ƏslindəTəhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin səıdri Səttar Mehbalıyev də bunu çox gözəl bilir ki, Bayram Hacıyev hər şeyi kağız üzərində tənzimləyir. Lakin ona heç nə demir. Çünki Bayram Hacıyev Gəncədən paytaxta Komitə sədrini görməyə tez-tez gəlir.

Bir şözlə,hər yerdə olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin fəaliyyəti də müəllimlərin qayğı və problemlərinin həllinə deyil bir neçə vəzifəlinin şəxsi məqsədlərinə xidmət edir. Burada Gəncə şəhər Təhsil Şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin müdirlərınin birgə fəaliyyəti, yəni Zakir Hüseynov və Bayram Hacıyev tandemi əsas rol oynayır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Millət Vəkili Səttar Mehbalıyev də həmişə olduğu kimi bu tandemin başında duraraq gizli bir trio təşkil edir.

Aktualinfo.org

Related Articles

+994 50 295 94 79
top