MEHRİBAN ƏLİYEVA ŞƏHİD AİLƏSİNİN EVİNİN QAYTARILMASI BARƏDƏ TAPŞIRIQ VERDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.

Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılması ilə bağlı tapşırıq verib.

Bundan sonra problem öz həllini tapıb.

Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.

Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.

Related Articles

+994 50 295 94 79
top