AZƏRBAYCANLI AKTRİSA HƏMKARINA ƏRƏ GEDİR – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir müddət əvvəl aktrisa Asya Atakişiyevanı sevgilisi aktyor Əmrah Dadaşovla görüntülənmişdik.

Yayılan fotolardan sonra Ə.Dadaşov açıqlama verərək, bir neçə aydan sonra münasibətlərini ciddiləşdirəcəklərini demişdi.

Ötən gün cütlüyün “hə” mərasimi baş tutub. Bu barədə aktrisa özü paylaşım edib. O, elçilik zamanı gətirilən tortun fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.

Related Articles

+994 50 295 94 79
top