“Müğənnilərdən alınan vergilər artırılsın” – Deputat

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə toxunub.
BakuPost-un məlumatına görə, deputat bildirib ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir.

“Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergidir? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”.

Related Articles

+994 50 295 94 79
top