Sabir Rüstəmxanlının qardaşı həbs olundu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yazıb.

Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

T.Rüstəmxanlı deyir ki, “Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da mərkəzin yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərdiyini bildirir.

Almaniyada yaşayan jurnalist, Meydan TV-nin rəhbəri Həbib Müntəzir isə sözügedən məsələ ilə bağlı saxlanılan azərbaycanlı mühacirlərin siyahısını dərc edib.

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü
7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

Musavat.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı Almaniyada yaşayan mühacir jurnalist Yafəz Əkrəmoğlu aşağıdakıları yazıb: “Әvvәlki statusumda bildirmişdim ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan bandanı ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evidә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub.

Bu xәbәri alandan sonra araşdırmalara başladım vә bir çox sәnәdli faktlar toplaya bildim. Hәmin faktları qısa şәkildә sizinlә paylaşıram:

Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada, İnsan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).

Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir:

Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarınln әlindәn hәqiqi sәnәdlәrini alıb.

Related Articles

+994 50 295 94 79
top