Masallıda güclü qar 26 nəfəri evsiz qoyd

loading...
Instagram 72 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Qarın ağırlığına tab gətirməyən ev uçub

Masallıda yaşayış evi uçub.Yağan qar Masallı  rayonun Dəlləkli kəndində  yaşayış evini yararsız vəziyyətə salıb. Kənd sakini, 59 yaşlı Məmmədyar Mehdiyevə məxsus bir mərtəbəli evin  arxa istinad divarı  bu gün uçduğundan ailə müvəqqəti yaxınlarının evində məskunlaşmalı olub .Qeyd edək ki, qəzalı vəziyyətə düşən evdə 26 nəfər ailə üzvü  yaşayır.

Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon FHK-nın üzvü Nəsir Muxtarlının verdiyi məlumara görə, məsələdən məlumatlıdırlar.

Hal-hazırda komissiya üzvləri evə baxış keçirir. İcra rəsmisi uçan evin çiy kərpicdən tikildiyini və ötən əsrin ortalarında inşa olunduğunu bildirdi. Uçqunla bağlı FHN-nə məlumat verilib.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR