Gəncədə hamilə qadın döyüldüyünü iddia edir-ŞİKAYƏT

loading...
Instagram 2,183 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Gəncədə maraqlı hadisə baş verib. Belə ki, YENİLİK.AZ-a müraciət edən Gəncə şəhəri, Abbas Səhhət küçəsində yaşayan Mehdixanova Xəyalə bildirib ki, aprelin 20-də Gəncə şəhərində yerləşən 3 saylı qadın məsləhətxanasına qeydiyyata düşmək üçün gedib. Lakin orada şöbə müdiri Nərgiz xanımı gözləyərkən bir tibb bacısı ona yaxınlaşar aq “İradə həkim yaxşıdır, gəl onun yanına” deyib. İradə adlı doktor isə şikayətçinin iddiasına görə ondan qeydiyyata düşmək üçün 30 manat verə biləcəyini soruşub. Şikayətçinin sözlərinə görə “yox” cavabının qarşılığında onu yaşadığı ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata almaqdan imtina ediblər. Buna etiraz etdikdə isə İradə adlı həkim onu təhqir edərək anası ilə birlikdə çölə çıxarıb və tibb bacısına “Bu …-ləri bura niyə gətirmisən” deyərək döyüb. X.Mehdixanovanın sözlərinə görə həkim onu döymək istəyəndə hamilə olduğu üçün onu qorumaq istəyən anası qabağa keçib. X. Mehdixanovanın sözlərinə görə hadisə baş verdikdən sonra  102 Qaynar Xəttinə və Gəncə şəhər Səhiyyə şöbəsinə hadisə barədə məlumat verib.

YENİLİK.AZ olaraq şikayəti dərhal araşdırmağa başladıq və Səhiyyə nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Lakin Səhiyyə nazirliyinin mətbuat xidməti söz versə də 3 gün müddətində bizə mövqe bildirmədi. Bu da ola bilsin ki, mətbuat xidmətinin “iş prinsiplərindən” irəli gələn məsələ olduğu üçün daha narahat etmədik ki, bəlkə mətbuatla əlaqələrdən daha mühüm işləri var. Özümüz hərəkətə keçdik və Gəncə şəhər Qadın məsləhətxanasıilə əlaqə saxladıq. Hadisədə  adı hallandırılan İradə xanım məsələnin tamamilə başqa cür baş verdiyini, Mehdixanova Xəyalənin psixoloji problemlərinin olduğunu, “şizofrenik” olduğunu, hər yerdə davakar biri kimi tanındığını bildirərək dedi ki, həmin vətəndaş qeydiyyat üçün müraciət etdikdə heç kim ondan pul istəməyib, əksinə ona ərazi üzrə başqa Qadın məsləhətxanasına qeydiyyata düşməli olduğu bildirilib və bu zaman şikayətçi əsəbi şəkildə onları təhqir edərək “dövlətin kəbinli arvadları” adlandırıb, sonra isə həkimin üstünə tullanaraq onu döyüb. İradə xanımdan şikayətçinin “şizofrenik” olması barədə əllərində hər hansı bir sübut olub-olmadığını soruşduqda əlində dəqiq məlumatın olmadığını söylədi.

Təkrar X. Mehdixanova ilə əlaqə saxladıqda heç bir psoxoloji porobleminin olmadığını, sadəcə ondan haqsız yerə qeydiyyata düşmək üçün pul istədikləri üçün əsəbiləşdiyini  və “dövlətin kəbinli arvadları” ifadəsini isə həqiqətən işlətdiyini, buna səbəb isə həkimin onu anası ilə birlikdə çölə çıxararaq  “bu ….-ləri yanıma niyə gətirmisən” deməsinin səbəb olduğunu etiraf etdi.

YENİLİK.AZ  olaraq hadisənin araşdırıldığı Gəncə polisi ilə əlaqə yaradıb. Təhqiqatçı Həmid müəllim bildirib ki, hazırda təhqiqat gedir, hər iki tərəfin izahatları alınıb və yaxın günlərdə qərar elan olunacaq.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR