Fəhlələrə ŞAD XƏBƏR: Pensiya və əlillik dərəcəsi almaq asanlaşacaq

loading...
Instagram 1,766 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Əmək müqaviləsi problemlərin qarşısını alacaq

“Tikinti sektorunda işləyən fəhlələrin əmək müqaviləsi olacaq”.Bunu “aznews.az”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair fərmanını şərh edərkən deyib. Onun sözlərinə görə, uzun illərdir ki, tikinti sektorunda qeyri-rəsmi əməkdən istifadə etmək geniş yayılıb:

“Bu çox vacib məsələdir. Qeyri-rəsmi əmək olduğu, müqavilə bağlanmadığı üçün işçi ilə tikinti şirkəti arasında hər hansı bədbəxt hadisə baş verdikdə onu rəsmiləşdirmək olmur. İnsanlar pensiya yaşlarına çatanda pensiya ala bilmirlər. Bədbəxt hadisə baş verən zaman orada əlillik dərəcəsini almaq üçün çox böyük çətinliklərlə üz-üzə qalırlar. Bir var rəsmi, biri də var qeyri-rəsmi. Buna əslində “qara siyahı” deyirlər”.

Deputatın fikrincə, Prezidentin bu fərmanı “qara siyahı”nın qarşısını almağa yönəlib:

“Orada xüsusi nəzarət agetliyinin yaradılması planlaşdırılıb və bütün bu işlər “Asan Xidmət”ə tapşırılıb. Bundan əlavə digər təşkilatlara da tapşırıqlar verilib”.

Vahid Əhmədov vurğulayıb ki, bu fərmanın əsas məqsədi insanların sosial müdafiəsini gücləndirmək və bu sahəyə nəzarətin daha da artırılmasıdır:

“Tikinti sahəsində işləyən bütün insanların əmək müqaviləsi olacaq. Sabah hər hansı hadisə yaxud da pensiya yaşı çatanda heç bir problem olmayacaq”.

Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərman Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi daşıyır.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR