Xanım sahibkardan Vergilər nazirliyinə şok ittihamlar

loading...
Instagram 2,000 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

“Maddi baxımdan çətin vəziyyətdə olduğumuzdan Vergilər Nazirliyində işləyən Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər dövlət orqanlarında yaxşı əlaqələrinin olduğunu, tikinti işlərinin tamamlanması və aidiyyatı orqanlara bütün ödənişlərlə bağlı müvafiq razılaşmaların əldə edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi mövzusunda bizə kömək edə biləcəklərini təklif etmişdilər. Bunun müqabilində bizimlə ortaq olacaqlarını bildirmişdilər. Həmin anda ağır vəziyyətdə olduğumuza görə bu şəxslərin  təklifi ilə razılaşdıq”.
Bu sözləri “OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, I Vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətnin rəisi Mədət Quliyevə və Vergilər Naziri Fazil Məmmədova ünvanladığı müraciətdə yazıb.
Xatırladaq ki, son zamanlar vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən istifadə edərək Bakıda aparılan tikintilərə qanunsuz şəriklikləri ilə bağlı bir çox məlumatlar mətbuata çıxarılmaqdadır. Məmurların qurbanlarına çevrilən vəzifəli şəxslərin bəzilərinin uzun müddətə həbs olunmaları haqqında nümunələr də artıq var.
Məmur özbaşınalığının və vəzifə səlahiyyətlərindən sui-istifadənin növbəti qurbanlarından biri isə ““OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızıdır. Dövlət rəhbərlərinə və  PİA.AZ saytına müraciət edən Alidə Hüseynova Vergilər Nazirliynin yüksək çinli əməkdaşları Əliyev Natiq Əli oğlunun və Xuduyev Mahir Bilman oğlunun dələduzluqlarının və vəzifə səlahiyyətlərindən istifadə edərək “OMAKS-3” MMC-yə milyonlarla manat  ziyan vurduqlarını iddia edirlər. Bu da azmış kimi, yüksək çinli bu məmurlar tikilməkdə olan yaşayış binasının tamamını qeyri-qanuni yolla Hüseynova Alidə Bəhman qızından tələb edirlər. Hazırda 12 mərtəbəli yaşayış binasının tikintisi isə bu üzdən yarımçıq qalıb.
“Möhtərəm prezidentimiz cənab İlham Əliyevə!
 
Çox hörmətli I Vitseprezidentimiz Mehriban xanım Əliyevaya!
 
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova!
 
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə!
 
Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova!
Çox çətin vəziyyətdə bu müraciəti Sizlərə ünvanlayaraq bildirirəm ki, mən Hüseynova Alidə Bəhman qızı Vergilər Nazirliyinin vəzifəli əməkdaşları tərəfindən dələduzluğa məruz qalmışam və hazırda bizə çox böyük maddi ziyan dəydiyi halda, həmçinin ailə üzvlərimlə birlikdə günahsız yerə həbs təhlükəsi ilə üzləşmişəm. Vergilər Nazirliyinin vəzifəli şəxsləri olan  Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər mənim təsisçisi olduğum ““OMAKS-3” MTK tikinti şirkətinin direktoru, qardaşım oğlu Emil Namaozovu aldadaraq bizə külli-miqdarda maddi ziyan vurmaqla yanaşı, hazırda mənim və ailə üzvlərimin həbs olunması üçün haqqımızda cinayət işinin açılmasına nail olublar. Halbuki bu işdə bizim heç bir günahımız yoxdur və Vergilər Nazirliyinin işçiləri olan olan  Əliyev Natiq Əli oğlu və Xuduyev Mahir Bilman oğlunun dələduz əməllərinin qurbanı olmuşuq”.
Qeyd edək ki, Alidə xanımın iddia etdiyi dələduzluq məsələsi doğurdan ağılmaz bir hadisədir və məmurların bu şəkildə sahibkarları aldatmaları artıq tendensuiya halını almaqdadır. Bu halların qarşısını almaq üçünsə artıq dövlət qurumlarının ölkə prezidentnin sahibkarlarla bağlı məlum tapşırıqlarını diqqətə alaraq vəzifə borclarını yerinə gətirmələri vacibdir.
Aşağıda “OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızının başına gələn ağlasığmaz dələduzluq hadisəsini sahibkar xanımın müraciətində olduğu kimi oxuğularımızın diqqətinə cəlb edirik.
Vergilər Nazirliyinin yüksək çinli əməkdaşları “OMAKS-3” MTK-ni hamiliyə götürüblər
Saytımıza ünvanladığı müraciətdə Alidə Hüseynova bildirir ki, Bakı Şəhər İcra Hakimiyətinin 26 aprel 2012-ci il tarixli, 170 saylı sərəncamı ilə Bakı Şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllə ünvanında “OMAKS-3” MMC tikinti şirkətinə hündürmərtəbəli binaların inşası üçün torpaq sahəsi ayırıb. Həmin sərəncam əsasında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 12631 saylı İnşaat Pasportu tərtib edilib və inşa olunacaq binanın eskiz layihəsi razılaşdırılıb.
Layihə sənədlərinə əsasən 12 mərtəbəli yasayış  binasının təməli qazılmış və 6 mərtəbəsi inşa olunub. Bu mərhələdə aidiyatlı orqanlara müvafiq ödənişlərin həyata keçirilməsi zərurəti bəzi maliyyə problemlərinin meydana çıxmasına səbəb olub. Vergi yoxlaması aparmaq adı altında “OMAKS-3” MTK tikinti şirkətinə gələn Əliyev Natiq Əli oğlu şirkətin direktoru Emil Namazova təklif edib ki, müvafiq ödənişlərin həyata keçirilməməsi səbəbi ilə ortaya çıxan problemləri və inşaatın davam etdirilməsinə icazə verilməsi üçün o yardımçı ola bilər. Natiq Əliyev bu işə həmçinin digər həmkarı Mahir Xudiyevi də cəlb edib və bu ikili Emil Namazova bildiriblər ki,  tikilməkdə olan evdən onlara pay ayrılacaqları halda bütün adminstrativ əngəlləri ortadan qaldırmağa hazırdırlar.
Alidə Hüseynova bildirir ki, maddi baxımdan çətin vəziyyətdə olduqlarından və bəzi idarələrin tələb etdikləri məbləğləri verə bilmədiyinə görə gənc Emil Namazov onlara inanıb və onları da inandırıb. Və nəticədə Natiq Əliyevin və Mahir Xudiyevin təklifini qəbul ediblər. Razılaşmaya əsasən Natiq Əliyev və Mahir Xudiyev bina ilə bağlı bütün sənədləşmə işlərini həll edəcəklərini və bununla bağlı ortaya çıxa biləcək bütün xərcləri üzərlərinə götürüblər. Bunun müqabilində, Natiq Əliyev və Mahir Xudiyev Alidə Hüseynovadan ortaqlığın təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllə ünvanında inşa olunmaqda olan binadan 26 mənzil  istəyiblər və həmin 26 mənzil formal olaraq onların yaxın qohumlarına, adamlarına satılmış kimi rəsmiləşdirilib. Həmin mənzillərin məhz Natiq Əliyevin və Mahir Xudiyevin  aidiyyatlı orqanlara həyata keçirəcəyi ödəniş və binanın tikintisinin tamamlanması zamanı bütün sənədləşmə işlərini üzərilərinə götürdüklərinə görə verilib. Əslində Natiq Əliyev və Mahir Xudiyev mənzillərə görə heç bir ödəniş etməyiblər və ortada ödəniş etmələləri ilə bağlı heç bir kassa ödəniş sənədi yoxdur. Eyni zamanda sözü gedən mənzillər bazar qiymətindən və ümumiyyətlə mənzilin maya dəyərindən də aşağı hesablanmaqla, (kv.m.470 manat), rəsmiləşdiriləşdirilib.
Natiq Əliyev və Mahir Xudiyev qanunsuz yolla əldə etdikləri mənzilləri satıblar
Qısa müddətdən sonra Vergilər Nazirliyinin əməkdaşları qanunsuz yolla əldə etdikləri binaları satışa çıxarıblar.  Alidə Hüseynovanın müraciətdə bildirdiyinə görə ortaqlıq qarşılığında Natiq Əliyevə və Mahir Xudiyevə verilən mənzillərdən birini Mahir Xuduyev Binə Ticarət Mərkəzində obyektə dəyişdirib. Daha bir mənzili Alidə xanımın tanımadığı hansısa bir futbolçuya satıb. Öz növbəsində Natiq Əliyev isə Akademik Həsən Əliyev küçəsində 1 milyon manata ticarət obyekti alıb, həmin pulun 500.000 manatını nəğd olaraq ödəyib, qalan 500.000 manatının əvəzində isə məlum binadan 3 mənzil verib. Həmin mənzillər əvəzləşdirilərkən 1 kv.m. 1000 manatdan hesablanıb sənədlənləşdirilib. Daha bir mənzili isə Natiq Əliyev 1 kv.m.1100 manatdan olmaqla Neft Şirkətində çalışan hansısa bir qadına satıb. Başqa bir mənzili isə Natiq Əliyev 1 kv.m.1200 manata öz iş yoldaşına satıb.
Yəni hər iki vergi işçisi onlara verilən mənzilləri tikinti başa çatmadan sataraq külli miqdarda gəlir əldə ediblər.
Mənzillərin müqabilində Vergilər Nazirliyi və FHN ilə problemlər həll ediləcəkmiş
Alidə Hüseynova bildirir ki, əslində həmin şəxslərə verdiyimiz mənzillərin müqabilində Natiq Əliyev və Mahir Xudiyev binanın Vergi və FHN ilə olan problemini həll etməli idilər. Bir müddətdən sonra Natiq Əliyev və Mahir Xudiyev Alidə xanıma bildiriblər ki, Vergi məsələlərini həll etmək üçün guya 200.000 manat kiməsə “şapka” verdilər. Bu ödəniş də onunla əsaslandırılıb ki, guya işi ümumi hesabata göstərilən məbləğdən daha aşağı məbləğə həll edəcəklər.
Böyük rüşvət ruleti
Belə ki, Vergilər Nazirliyndən yoxlama gəlir və Natiq Əliyev və Mahir Xudiyev bildiriblər ki, yoxlamanı aparan Namiq adlı şəxsə 200 min manat rüşvət veriblər.  Bundan başqa Alidə Hüseynova iddia edir ki, Vergilər Nazirliyində ya şöbə rəisi və ya Auditin rəisi kimi təqdim etdikləri Habil adlı şəxsə guya hissə-hissə 50.000 manat, 30.000 manat, 80.000 manat olmaqla 160.000 min manat rüşvət veriblər. Daha sonra vergilərdən Emil Namazov “OMAKS-3” MTK şirkətinin vergi borcu bağlı məlumat aldıqda onlara bildirilib ki, birinci dəfə açılan vergi yoxlanması bağlanıb. Lakin ümumi vergi borcu kifayət qədər çoxdur.
Dələduzluğun panoraması 
Alidə xanımın Vergi Nazirliyindən əldə etdiyi məlumatdan belə bir qənaət formallaşıb ki, sanki istənilən an yeni vergi yoxlaması keçirib, iri vergi borclusu kimi “OMAKS-3” MTK hesablarına həbs qoyula bilər. Nəticədə belə məlum oldu ki, Natiq Əliyev və Mahir Xudiyev “OMAKS-3” MTK-ya məxsus mənzilləri heç bir ödəniş etməməklə “krışa”-lıq etmək adı ilə kvm-i 470 manatdan öz adamlarının adına rəsmiləşdirərək qalan hissəni isə kvm-i 1000 manatdan yuxarı olmaqla başqa şəxslərə satmaqla külli miqdarda gəlir əldə ediblər.
Natiq Əliyev və Mahir Xudiyevdən açıqlanma tələb olunluqda isə onlar üzərilərinə düşən öhdəliklərdən yayınmağa və Vergilər Nazirliynin əməkdaşları vasitəsi ilə Alidə Hüsyenovaya təzyiqlər etməyə başlayıblar. Natiq Əliyev və Mahir Xudiyev hər dəfəsində müxtəlif bəhanələrlə maliyyə problemlərinin olduğunu və bu səbəblə vəd etdikləri işi daha sonra həyata keçirəcəklərini bildiriblər. Zamanla aydın olub ki, bu şəxslərin vəd etdikləri işləri yerinə yetirməyəcəklər. Elə bu səbəbdən də tikinti işləri durudurulub.
Alidə Hüseynova mənzillləri geri tələb edib və …
Dələduzluqla üzləşdiyndən tamamilə əmin olduqdan sonra Aliydə Hüseynova Natiq Əliyev və Mahir Xudiyevdən 26 mənzili geri tələb edib. Çünki Natiq Əliyev və Mahir Xudiyev ona verdikləri vədlərin heç birini yerinə yetirməyiblər. Lakin bundan sonra maraqlı bir mənzərə ilə üzləşiblər. Natiq Əliyev və Mahir Xudiyev sahibi olduqları 22 mənzilin vaxtında onlara təhvil verilmədiyini əsas gətirərək onlara dəyən “ziyanın” əvəzinə bütün binanı tələb ediblər. Yəni faktiki olaraq qohumlarının adına sənədləşdirdikləri 26 mənzili qaytarmaq əvəzinə indi də bütün binanı ələ keçirmək istəyirlər və binadan mənzil alan digər şəxslərə bildirirlər ki, onlar bütün bina üzərində nəzarətə sahib olduqları halda ən qısa müddətdə tikintini bitirib binanı təhvil verəcənlər.
Alidə Hüseynovanın ailə üzvləri şərlənir, özünə cinayət işi açılır…
Bununla da kifayətlənməyən Natiq Əliyev və Mahir Xudiyev Alidə Hüseynovanı şantaj etməyə başlayıblar. Belə ki, 26 mənzili “alan” mənzillərin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət ediblər ki, onlar mənzillərin pulunu ödədikləri halda  “OMAKS-3” MTK onların mənzillərini verməkdən imtina edir. Xanım Hüseynova bildirir ki, Natiq Əliyev və Mahir Xudiyev dövlət orqanlarındakı əlaqələrindən istifadə edərək bütün binanın onlara verilməsi üçün onun qardaşı və qardaşıoğluna qarşı saxta yolla cinayət işi açılmasına nail olublar. Yasamal rayonunda mülki qaydada məhkəmə prosesi getdiyi bir vaxtda Alidə Hüseynovanın qardaşına və “OMAKS-3” MTK-ya Korrpusiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Məsələnin absurd tərəfi ondan ibarətdir ki,  Alidə Hüseynovanın qardaşının bu məsələ ilə heç bir ələaqəsi yoxdur. Yalnız qardaşı oğlu Emil Namazov “OMAKS-3” MTK-nın direktoru vəzifəsini tutub və Natiq Əliyev və Mahir Xudiyevə inanaraq dədlduzuğun qurbanı olub. Lakin buna baxmayaraq Emil Namazovun atası da şərlənərək haqqında cinayət işi açılıb.
Məsələnin digər bir maraqlı nüansı ondan ibarətdir ki, Natiq Əliyev və Mahir Xudiyevin qanunsuz əməlləri ilə bağlı Alidə Hüseynova tərəfindən məhkəmədə mülki qaydada iddia qaldırılmasına və bu iş üzrə cinayət işinin başlanılmasının məhkəmə qərarı ilə rədd edilməsinə baxmayaraq  cinayət işi hələ də davam etdirilir.
Paralel olaraq Vergilər Nazirliyinin vəsatəti ilə məhz Natiq Əliyev və Mahir Xudiyevə verilən 26 mənzilin vergisi ödənilmədiyinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb və hazırda istintaq aparılmaqdadır. Təbii olaraq istintaqçılar yuxarıda göstərilən şərtlər altında həmin mənzillərin Natiq Əliyevə və Mahir Xudiyevə əvəzsiz olaraq verildiyini rəsmi olaraq qəbul etmirlər və bu durumda həm Natiq Əliyev, həm də Mahir Xudiyev işin içindən təmiz çıxırlar. Halbuki həmin aşağıdakı müqavilə sənədlərindən də göründüyü kimi qeyd olunan 26 mənzil Natiq Əliyevin və Mahir Xudiyevin ən yaxın qohumlarının adına rəsmiləşdirilib.
Ortaya təbii olaraq sual çıxır, əgər 26 mənzili doğurdanda Natiq Əliyevin və Mahir Xudiyevin qardaşları və qardaşı uşaqları bu iki vəzifəli şəxsdən kənar şəkildə öz pulları ilə alıblarsa, o zaman milyonlarla manat pulun mənbəyini göstərə bilərlərmi və bu pulların gəlir vergisi dövlətə ödənilibmi? Bu sualın cavabını həm Vergilər Nazirliyi, həm də istintaq müəyyənləşdirməlidir. Əgər Vergilər Nazirliyi və istintaq bu suala cavab tapmaq istərlərsə, o zaman təbii olaraq həqiqət özü-özünə ortaya çıxacaq.
Və o da qeyd olunmalıdır ki, əgər Alidə Hüseynovanın ittihamları həqiqəti əks etdirirsə, o zaman öz işçilərin dələduzluğuna görə Vergilər naziri Fazil Məmmədov da məsuliyyət daşıyır. Çünki əgər nazirin öz işçilərinin bu dələduzluqlarından xəbəri yoxdursa belə, vergi sistemində bu cür kirli işlərin baş verməsinə görə Vergilər Nazirliyinin rəhbərliyi məsuliyyət daşıyır. Və təbii ki, Vergilər Nazirliyi sahibkar xanımın ittihamlarına aydınlıq gətirmək üçün ictimaiyyətə açıqlama verməyə borcludur.
Daha sonra Alidə Hüseynova öz müraciətində bildirir: 
“Möhtərəm prezidentimiz!
Çox hörmətli I Vitse-prezidentmiz Mehriban xanım Əliyeva!
Siz hər zaman əzilənin haqqını qorumusunuz. Sizdən çox xahiş edirəm üzləşdiyimi dəhşətli dələduzluq qarşısında mənim haqqlarımın müdafiəsi üçün və vəzifələrindən sui-istifadə edərək dələduzluq yoluyla mənim malımı və mülkümü ələ keçirən Natiq Əliyevin və Mahir Xudiyevin haqq etdikləri cəzanı almaları üçün bui şin obyektiv araşdırılması üçün g.stəriş verəsiniz.
Əslində Natiq Əliyevin və Mahir Xudiyevin icra etmədikləri öhdəliyə görə mənə, qardaşıma və onun oğluna qarşı cinayət işi başlanılması bir çox məməurlar tərəfindən qanunların açıq şəkildə tapdanılmasıdır.  Belə ki, Natiq Əliyevin  “məmur dostları” sayəsində öz cinayət əməllərini gizlədilməsi üçün hüquq mühafizə orqanlarına təzyiq olunması yolu ilə mənə, qardaşıma və qardaşım oğluna qarşı cinayət işi açılıb. Biz həm əmlakımızı və itirmişik və indii də azadlığımızı itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Eyni zamanda Natiq Əliyevin və Mahir Xudiyevin dələduzluğu ucbatından sözü gedən binanın tikintisi yarımçıq qalıb, buna görə isə bir çox insanlar ziyana düşməkdədirlər.
Cənab prezident və xanım I Vitse-prezident!
Biz hal-hazırda çox köməksiz vəziyyətdəyik və düşdüyümüz vəziyyət elədi ki, bu vəziyyətdə bizə ancaq Siz kömək edə bilərsiniz. Sizdən çox xahiş edirəm, açıq haqqsızlığa məruz qalan bir qadına köməyinizi əsirgəməyin.
Çox böyük hörmətlə: Hüseynova Alidə Bəhmən qızı”
Redaksiyadan: Yazıda gedən ittihamlarla bağlı Natiq Əliyevin və Mahir Xudiyevin mövqelərini öyrənmək üçün onlarla əlaqə yaratmaq imkanına sahib ola bilmədik. Bu üzdəndə həm Natiq Əliyevin, həm Mahir Çudiyevin, eyni zamanda Vergilər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Aşağıda Natiq Əliyevin və Mahir Xudiyevin qardaşlarına və qardaşları uşaqlarına “satılan” evlərin müqavilə səənədlərini təqdim edirik:/Pia.az

PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR