Bu dərman UŞAQLARINIZI ÖLDÜRƏ BİLƏR: Ehtiyatlı olun!!!

loading...
Instagram 1,015 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

Saglamheyat.com -un verdiyi məlumata görə, Rusiyanın Səhiyyəyə Nəzarət üzrə Federal Xidmət və tanınmış farmokoloji kompaniyaları səhiyyə ocaqlarına xəbərdarlıqlar göndəriblər. Sənədin mətni hamınısında təqribən eynidir: uşaqların damardaraldan damcılardan zəhərlənmə halları artıb.Söhbət naftizin, sanorin, otrivin və digər bu kimi dərmanlardan gedir. Əgər bu  dərmanlardan sui-istifadə edilsə, uşaqda ürək problemi yarana bilər və hətta komaya düşə bilər. Bir çox valideynlər isə  bunu bilmir və uşaqlara bundan nəzarətsiz istifadəyə izn verir. Bunun nəticəsində  ildə  minlərlə uşaq xəstəxanalara düşür.

Qrip  və soyuqdəymə zamanı burunun tutulmasına səbəb burun boşluğundakı selikli qişanın qabarmasıdır. Şişkinliyi götürmək üçün milyonlarla insan  naftizin tipli damlalardan istifadə edir. Bu preparat selikli damarı  daraldır, şişkinlik yatır, nəfəs yolları genişlənir.

Məsələ burasındadır ki, dozadan artıq istifadə etdikdə təkcə burundakı kapilyarlar qurumur. Bu iş  böyrəklərə, ürəyə və beyinə qan aparan damarlara da təsir edir. Bu, təhlükəli nəticələrə gətirib çıxara bilər: insanın nəbzi düşür, təzyiqi qalxır, qanazlığının əlamətləri görünür. Bu səbəbdən uşaqlarda bu preparatdan istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır.

Damarqurudan preparatlardan zəhərlənmənin əsas əlaməti sinir sitemində olan dəyişiklikdir. Uşaq narahat olur, ya əksinə çox sakitləşir.

Zəhərlənmədən qorunmağın yolu isə preparatın üzərində yazılan istifadə qaydasına diqqət etməkdir. Və anlamalısınız ki, istənilən dərman təkcə müalicə eləmir, həmçinin yan təsirlər yarada bilər.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR