Donald Tramp İlham Əliyevlə görüşmək istəyir

loading...
Instagram 854 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

ABŞ və Azərbaycan liderləri arasında görüş mayın 21-də Səudiyyə Ərəbistanında baş tuta bilər

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanında ABŞ lideri Donald Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub.

Yenilik.az-ın Sputnik-ə istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq. Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.

Sammit Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçiriləcək. Səudiyyə Ərəbistanı kralı Salman bu sammiti “tarixi” olaraq dəyərləndirib. Toplantının təşəbbüskarının ABŞ tərəfi olduğu vurğulanır.


PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR